“Googlemap” Azərbaycanın xəritəsi ilə bağlı ciddi yanlışlığa yol verib.
Publika.az xəbər verir ki, “quqlməp”də yayılan Azərbaycan xəritəsində Biləsuvar rayonu İrana aid edilib.
Xəritədə İranda – Cənubi Azərbaycanda yerləşən Parsabad mahalı Azərbaycan sərhədlərinin daxilində göstərilib və adıçəkilən bölgənin İrana aid olduğu qeyd edilib.
Parsabad mahalında da Biləsuvar adlı yer var, lakin xəritədə Parsabadın Azərbaycan sərhədləri daxilində işarələnməsi diqqət çəkir.
Qeyd edək ki, Parsabad rayonu İranın şimalında, Azərbaycanınsa cənub sərhədində yerləşir. Buranın farslaşdırlmamışdan öncəki adı Qoçkənd olub. Bu şəhər İranın Muğan məntəqəsinin ən böyük şəhər və eyniadlı şəhristanın mərkəzidir.