Bakı sakinləri pul qarşılığında dinlərini dəyişərlərmi?

30-06-2014, 16:11   
Bakı sakinləri pul qarşılığında dinlərini dəyişərlərmi?Bu yaxınlarda yazar Həmid Herisçinin mətbuatda yer alan “Azad Yazarlar Ocağının (AYO) bəzi üzvləri İslamdan imtina etmək qarşılığında ABŞ səfirliyindən 300 dollar alıblar” iddiasının qarşılığında həm ABŞ səfirliyinin nümayəndələri, həm də AYO üzvləri onun bu fikirlərinin tamamilə absurd olduğunu demişdilər.

İndi bizim əsas məqsədimiz bu iddianın doğru olub-olmadığını araşdırmaq deyil. Sadəcə bu mövzudan yararlanıb, insanların hər hansı məbləğ qarşılığında dini inanclarından vaz keçmə ehtimalı ilə bağlı sorğu apardıq. Sorğuda müxtəlif dinlərə mənsub olan insanlar iştirak etdilər. Təbii ki, İslam dininə mənsub olanlar çoxluq təşkil etdilər və birmənalı olaraq, dini inanclarını heç bir pul qarşılığında dəyişməyəcəklərini dedilər.

Sarıyev Ələkbər, eləcə də digər sakinlər İslam dininə mənsub olduqlarını və dinlərini heç bir məbləğ qarşılığında dəyişməyəcəklərini dedilər: “Özüm müsəlmanam. Heç vaxt dini inancımı pul qarşılığında dəyişmərəm. Heç vaxt.”

Adınlı açıqlamaq istəməyən səhər sakini: “Dinini hansı insan dəyişər? İnsan dinini pula görə dəyişməz”

Adınlı açıqlamaq istəməyən səhər sakini: “Düşünürəm ki, bu bir o qədər də düzgün fikir deyil. Əsla dəyişmərəm, özüm də müsəlmanam”.

Adınlı açıqlamaq istəməyən səhər sakini: “Pul qarşılığında dini dəyişməyə pis baxıram. Özüm də müsəlmanam”.

Emil Həsənli isə dinin vicdan işi olduğu üçün qətiyyən dəyişməyəcəyini bildirdi: “Özüm müsəlmanam, hər hansı məbləğ qarşılığında da dəyişmərəm, dinimi... Çünki bu vicdan işidir, insan heç vaxt pulla vicdanını dəyişməz”.

Bir gənc isə Tengirist (Qırğız türklərinin İslamdan öncə Göy Tanrı təməli üzərinə qurulan ənənəvi inanc şəklidir) olduğunu və dinini dəyişənlərə isə pis baxdığını deyir: “Yox, dəyişmərəm. Dini inancdır da, qalıb orada, xoşum gəlir. Özüm Tengiristəm. Yek tanrıdır, türkün tanrısıdır, özüm də milliyətçiyəm. Yəni buna inanmıram, adət-ənənəmlə gedirəm. Pul qarşılığında da dəyişmərəm, dini inancımı... Çünki əgər bir insan o şeyə dəyər verirsə, nəyə görə dəyişsin? Fərqi yoxdur, ideologiya olsun, yaxud da din olsun. Pul qarşılığında nəyisə dəyişməyə mən pis baxıram. Onu dəyişən insan pis oğlandır, ya da pis qızdır.”
Digər gənc Kamran Baxşəliyev isə deist (Deizim bütün dini kitabların ilahiliyini inkar edir və tək Tanrının olduğunu iddia edir) olduğunu deyir: “Özüm deistəm. Bir tək Allaha inanıram, Qurana, eləcə də digər dinlərin heç birinə inanmıram. Pul qarşılığında da heç vaxt deistlikdən İslama, ateistliyə keçmərəm.”

Hansı dinə mənsub olduğunu açıqlamaq istəməyən Vüqar Salmanlı isə belə fikirləşir: “Xeyr, dəyişmərəm. Çünki din doğuşdan gələn bir şey deyil. Hansı dinin olması valideynlərdən və yaşadığı regiondan asılıdır. İnsan harada yaşayırsansa, orada hansı üstünlük təşkil edirsə, həmin dinə mənsub olacaq və o dinə sitayiş edəcək. Ancaq bəlli bir yaşa çatdıqdan sonra öz dini inancını sorğulamalı, ümumi dinləri sorğulamalı, sonradan hansı dini seçəcəyinə qərar verməlidir”.

[media=http://www.youtube.com/watch?v=usUe0x2YojA]
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.