Moskvada “Ai-95” markalı benzinin qiyməti 35 rubldan baha satılır. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Moskva yanacaq assosiasiyasının prezidenti Yevgeni Arkuşa deyib ki, buna səbəb “Brent” markasının qiymətinin qalxması və iyunda Açinsk Neft Emalı Zavodunda yanğının baş verməsidir.
O, “92” markalı benzinin də 6 faiz bahalandığını söyləyib.
“Benzinin ucuzlaşacağı ilə bağlı bizdə fakt yoxdur. İlbəil onun qiyməti qalxır. Benzinin qiyməti mövsümi olaraq, çox az düşür” -deyə, qurumun prezidenti vurğulayıb.
Arkuşa onu da deyib ki, benzinin qiyməti illik inflyasiyanın səviyyəsini aşmayacaq. Rusiya Maliyyə Nazirliyinin proqnozuna əsasən, bu il ölkədə inflyasiyanın səviyyəsi 6 faiz təşkil edəcək.