Elmar Vəliyevlə Zakir Hüseynovun söküntü maxinasiyası

3-07-2014, 15:56   
Elmar Vəliyevlə Zakir Hüseynovun söküntü maxinasiyasıGəncədə hərbi qospital müəllimlərdən yığılan pul hesabına sökülür

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin müxtəlif məsələlərlə bağlı adı mediada tez tez hallanıb. Bu dəfə anaxeber.info-a daxil olan məlumatda isə şəhər rəhbərliyinin yeni qanunsuzuğundan bəhs olunur.
anaxeber.info-a Gəncədəki mənbələrdən daxil olan məlumata görə hazırda şəhərdə Xan Bağı yaxınlığındakı hərbi qospitalın sökülməsinə başlayır. Şəhər icra hakimiyyətinin göstərişi əsasında aparılan söküntü isə Gəncə Təhsil İdarəsinə, daha dəqiqi bu idarənin rəhbəri Zakir Hüseynova tapşırılıb. Mənbəmizin sözlərinə görə bu tapşırıq şəxsən Elmar Vəliyev tərəfindən Z.Hüseynova verilib: “Hazırda qospitalın sökülməsinə xeyli sayda işçi qüvvəsi və texnika cəlb olunub ki, bunun da bütün xərcləri məhz Z.Hüseynov tərəfindən ödənilir”. Mənbəmiz günəmuzd əsasında çalışan fəhlələrin əməkhaqqının və texnikanın məsrəfinin isə Gəncə məktəblərində müəllimlərdən yığılan pul hesabına ödəndiyini bildirdi: “Bütün məktəblərə tapşırıq verilib, pul yığılır söküntüdə fəhlələr günəmuzd-günə 20 manata çalışır. Bu pul isə müəllimlərdən tutulur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.