“Biz “Sərsəng”dən Azərbaycanın istifadəsinə icazə verməyəcəyik”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə dırnaqarası “Dağlıq Qarabağ Respublikası” rəhbərinin Mətbuat katibi David Babayan çıxış edib.
O, Sərsəng su anbarından istifadə etmək üçün Azərbaycanın ona nəsə verməli olduğunu deyib:
“Sərsəng su anbarı bizim Azərbaycanla birgə tabeliyimiz altında deyil ki, ondan istifadəyə icazə verək. Biz heç vaxt deməmişik ki, anbarı birgə istifadə edəcəyik. Biz demişik: əgər konfliktin həllində irəliləyiş olsa, o zaman kompromisə gedə bilərik. Bu halda hər iki tərəf üçün iqtisadi fayda olmalıdır. Məsələn, biz suyu verib, əvəzində neft ala bilərik. Başqa cür mümkün deyil”.