Bakcell-in keyfiyyətsiz ucuz xidmət fırıldaqları

4-07-2014, 17:47   
Bakcell-in keyfiyyətsiz ucuz xidmət fırıldaqlarıRespublikamızın ilk mobil operatoru texniki problemlərin əlində aciz qalması barədə xəbər vermişdik.

Məsələ burasındadır ki, ağunəçilərin əsəbləri ilə oynayan «Bakcell» şirkətində ən yüksək səviyyəli keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Məsələ burasındadır ki, respublikamızın ilk mobil operatoru olan «Bakcell» şirkəti son vaxtlar istifadəçilərini yaman cəncələ salıb.

Belə ki, şirkətin göstərdiyi xidmətin səviyyəsi qat-qat aşağı düşüb. Telekanallarda özünü hər gün reklam edən, «Dəyişək, inkişaf edək» devizi altında müştəri qazanmağa çalışan şirkətin fəaliyyəti heç də reklamda göründüyü kimi deyil. Çünki bu mobil operator haqqında az qala hər gün müxtəlif şikayətlər edilir. Şikayətlər müxtəlif xarakterli olsa da, onları bir neçə qrupda ümumiləşdirmək olar. İlk öncə qeyd edək ki, milyonları aldadan şirkət niyə vədlərə yalançı çıxır. Əfsuslar olsun ki, «biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik» vədlərini verən şirkət hələ də abunəçilərinə yalanlar sırımaqdadır. Artıq neçə aydır, «Bakcell» şirkətinin abunəçiləri nömrələrinə yüklənilən danışıq kartlarının yüklənib-yüklənmədiyini öyrənə bilmirlər. Buna əyani misal olaraq «055-519-31-58» nömrəsini göstərə bilərik. Qəribədir, «biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik» yalançı vədlərini verən şirkət niyə aylardır, «055-519-31-58» mobil nömrəsinin üzləşdiyi bu problemi həll edə bilmir? Hər dəfə bu nömrəyə danışıq kartı yüklədikdə şirkət «Zəhmət olmasa gözləyin, sorğunuza cavab veriləcək» şablon sorğusu ilə bizi saatlarla gözləməyə məcbur edir. Hansı ki, danışıq kartının yüklənib-yüklənmədiyi haqda məlumat nömrəyə dərhal göndərilməlidir. Lakin saatlarla gözləsək də, bunun şahidi olmuruq. Həmin səbəbdən də «*100#yes» xidmətindən istifadə etməli oluruq. Düşündük ki, yəqin bu hal bir də təkrarlanmaz və üzləşdiyimiz problem qısa zamanda həllini tapar. Lakin iyunun 11-dən ötən bir müddət ərzində özünü «Azərbaycanın ilk mobil operatoru» adlandıran şirkət bu problemi həll etmədi. Bir neçə gün bundan əvvəl son üç aylıq problemin həll olunmadığı məlum oldu. Belə ki, «055-519-31-58» mobil nömrəsinə «18505 23982 01564» kodunu yüklədik. Şirkətin eyni qəbahəti üzə çıxdı: «Zəhmət olmasa gözləyin, sorğunuza cavab veriləcək». Bir neçə dəqiqə gözləsək də, şirkətdən hər hansı bildiriş gəlmədi. Növbəti dəfə həmin kodu yenə nömrəyə yüklədikdə «Zəhmət olmasa gözləyin, sorğunuza cavab veriləcək» bildirişi gəldi. Axşam saat 19 radələrində təsadüfən məlum oldu ki, şirkət həmin danışıq kartını balansımıza yükləməyib. Problemin nə üçün həll olunmamasını öyrənmək üçün dünən şirkətin «012-498-89-89» nömrəli telefonlarına zəng edərək, operatorla əlaqə saxlamaq istədik. Heç olmasa iyunun 11-də etdiyimiz zəngə operatorlar cavab verdilər, dünən iki dəfə həmin nömrəyə zəng vursaq da, operatorlar ümumiyyətlə zəngimizə cavab vermədilər. Bu da mobil şirkətin «mobil» xidməti. Bütün bunlar bir yana, iki gün əvvəl «055-792-54-59» nömrəli telefona yüklədiyimiz danışıq kartının da aqibəti məlum olmadı.

Sonradan öyrəndik ki, həmin nömrəyə danışıq kartı yüklənməyib. Sırı şirkətin müvafiq şöbəsinin aşağı keyfiyyətli xidməti üzündən. Dünən bununla bağlı növbəti dəfə şirkətə müraciət edib şikayətlərimizi bildirdik. Zəngə cavab verən operator problemimizin tezliklə «həll olunacağını» vəd verdi. Təəccüblüdür, şirkət nə vaxta qədər öz abunəçilərinə bu cür aşağı keyfiyyətli xidmət göstərəcək? Bəlkə cavab verəsiniz hörmətli «Bakcell» rəhbərliyi, yoxsa sizin özünüzə də «zəng çatmır».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.