Hacıbala Abutalıbovdan Əliyevə şikayət edildi

7-07-2014, 10:19   
Şəhid atası Bakı merinin ünvanına ilginc ittihamlar səsləndirdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Ağdamdan məcburi köçkün olan, şəhid atası Əli Hüseynova məxsus avtodayanacağı qanunsuz olaraq dağıdıb. Bu barədə Əli Hüseynovun ölkə başçısı İlham Əliyevə, surətinin isə "Azadlıq"a ünvanlandığı müraciətində deyilir. Əli Hüseynov bildirir ki, ona məxsus avtodayanacaq Həsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşir. Şəhid atasının sözlərinə görə, həmin yer ona mərhum dövlət başçısı Heydər Əliyevin göstərişilə verilib: "Bununla bağlı bələdiyyənin rəsmi qərarı da var. Həmin qərara əsasən sözügedən ərazi 2026-cı ilə qədər mənim istifadəmdə olmalıdır. Lakin Hacıbala Abutalıbov nə ulu öndərin göstərişinə, nə rəsmi qərara məhəl qoyur.

Cənab prezident, diqqətinizə çatdırım ki, məhz Hacıbala Abutalıbov iyulun 4-də günorta saatlarında 4-cu mikrorayon dairəsinə gələrək avtodayanacağın dağıldılması barədə tabeliyində olan şəxslərə göstəriş verib.

Cənab prezident, həmin ərazidən avtodayanacaq kimi istifadə etdiyim 15 il müddətində oranı abadlaşdırmışam, 50-dən çox ağac əkib ərazini yaşıllaşdırmışam, su çəkmişəm və eyni zamanda dövlət rüsumunu vaxtlı-vaxtında ödəmişəm. Amma bütün bunlar Hacıbala Abutalıbov üçün əhəmiyyət kəsb etmir. Hətta mənim şəhid atası olmağım da onun vecinə deyil. Budurmu, onun şəhidə, onun ailəsinə hörməti? Əslində Hacıbala Abutalıbov həm də sizin və mərhum atanızın şəhid ailələrinə diqqət və qayğı göstərilməsi barədə göstərişlərinizə hörmətsizlik edir. Axı kimdir bu Hacıbala Abutalıbov? Yaxşısı budur o, görkəmli yazıçımız Mir Cəlal Paşayevin adına olan küçəni abadlaşdırsın. Həmin küçə bərbad vəziyyətdədir, yollar yamaq-yamaqdır. Bundan başqa Şamaxinka deyilən ərazidən Zərifə Əliyeva adına göz klinikasına qədər restoranlar "düzülüb". Yaxşı olar, Hacıbala Abutalıbov desin ki, həmin restoranlar kimindir? Əgər "unudubsa" mən onun yadına sala bilərəm. Bu restoranlar məhz Hacıbala Abutalıbova məxsusdur. Deməli, belə çıxır ki, abadlaşdırma üçün ayrılan pulları Hacıbala Abutalıbov şəxsi məqsədləri üçün istifadə edir, Londona qaçan saqqalı oğlunun vəhhabi dostlarının yaşayış şəraitini yaxşılaşdırmasına sərf edir.

Cənab prezident, sizdən bir şəhid atası kimi xahiş edirəm ki, mərhum atanızın bizə göstərdiyi qayğını Hacıbala Abutalıbov kimi məmurların pozmasına imkan verməyəsiniz. Hövbəti müraciətimdə Hacıbala Abutalıbova məxsus obyektlərin şəkillərini çəkib sizə göndərəcəyəm. Özünün demisiniz ki, bu cür "məmurlar"ın fəaliyyəti haqqında kim nə bilirsə mənə məlumat versin".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.