Vaşinqton Azərbaycanla bağlı yeni plan hazırlayır

8-07-2014, 10:48   
Vaşinqton Azərbaycanla bağlı yeni plan hazırlayır“Amerikada anlayırlar ki, Azərbaycan öz ətrafından çox ehtiyatlanır”.
Axar.az xəbər verir ki, bu iddia ilə erməni mediası siyasi şərhçilərə istinadla ehtimallarını yazıb. Mətbuat Ermənistanın da diqqət mərkəzində ola biləcəyini söyləyib: “Vaşinqton Azərbaycana diqqətini yenidən artırıb. Bir neçə ay əvvəl Amerikanın Bakıya təzyiqi böyük idi. Lakin indi Barak Obama administrasiyası ona qarşı çıxışlarının faydasız olduğunu gördü. Amerikada anlayırlar ki, Azərbaycan öz ətrafından çox ehtiyatlanır. Hətta Türkiyə belə onu bu təhdidlərdən xilas edə bilmir. Hazırda Vaşinqton məhz yeni planını Azərbaycanın bu etimadını qazanmaq üzərində quracaq. Amma ortada Rusiya faktorunu da unutmaq gərək deyil. Moskvanın buna imkan verməyəcəyi qətidir. Həmçinin Ermənistan, vassal olmağına baxmayaraq, Vaşinqtonun yeni planında əsas diqqət mərkəzinə düşə bilər. Ermənistanda yeni etiraz dalğası alovlandırıb Qarabağda yenidən qeyri-stabilliyi saxlamaq Vaşinqtonun maraqları gərəyincədir. İstənilən halda Rusiya uduzacaq. Hətta İran belə Moskvanı tapdalamaq bahasına Rusiyanın əleyhinə addım atacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.