Tağı Əhmədov icra başçısı göndərilir

9-07-2014, 16:22   
Tağı Əhmədov icra başçısı göndərilir

Bir neçə ay əvvəl ölkə prezidenti tərəfindən işdən azad olunan Bakı Meropoliteninin keçmiş sədri Tağı Əhmədov icra başçısı olmaq təklifini alıb.

Məlumata əsasən, Tağı Əhmədov Bakının böyük rayonlarından birində icra başçısı olmaq istəyini ortaya qoyub. Hətta Tağı Əhmədov Yasamal rayonunda icra başçısı olmaq arzusunu belə dilə gətirib.

Məlumatda bildirilir ki, Tağı Əhmədova cavab olaraq bildirilib ki, hələlik söhbət ancaq əyalət rayonlarından gedir və kesmiş metropoliten sədrinə bir neçə rayondan birini seçmək tövsiyyə olunub. Həmin rayonlar arasında isə Qobustan və Ağcabədi rayonları da olub.

Məlumata əsasən ötən həftə Tağı Əhmədovun Xətaidə hakim işləyən oğlu Rauf Əhmədov və qardaşı oğlu Cavid Əhmədov Ağcabədi rayonunda olublar. Bölgədə bir neçə rayonda araşdırma aparan Əhmədovların gəldiyi qənaət belə olub ki, Ağcabədi rayonu daha münasibdir.

Qeyd edək ki, Ağcabədi rayon icra başçısı Şahin Məmmədovun başqa rayonatransfer olunmaq istəməsi barədə son zamanlar məlumatlar dolaşmaqdadır. Şahin Məmmədovun Kürdəmirə başçı getmək istəyinin baş tutmamasından sonra isə onun gələcək taleyi bəlli deyil.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.