İŞİD-i terror təşkilatı elan etmək düzgün deyil

15-07-2014, 12:07   
İŞİD-i terror təşkilatı elan etmək düzgün deyil“Dünyanın müxtəlif nöqtələrində olan terrorçu qruplaşmalara qarşı savaş elan etməyə, hamısını terrorçu kimi qəbul etməyə gücümüz və potensialımız çatmaz”.


Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa İraq və Suriyada terror törətmiş “İraq-Şam İslam Dövləti” terror təşkilatının Azərbaycanda rəsmən terror təşkilatı kimi tanımaması məsələsi ilə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, Azərbaycanda hansısa qruplaşmanı terror təşkilatı kimi tanımaq mexanizmi yoxdur:
“Amerika Birləşmiş Ştatları Departamenti açıqlamalarında bir super dövlət kimi hansısa təşkilatın terror qruplaşması olduğunu elan edir. Amerikanın terror təşkilatları siyahısı var ki, ora daxil olan təşkilatlara Azərbaycan da eyni adekvat münasibət bəsləyir. Azərbaycan kimi kiçik dövlətlərdə bunun üçün xüsusi bir qərar qəbul etmək nəzərdə tutulmur. Azərbaycanın bu məsələlərə qiymət verməsi, müdaxilə etməsi kimi bir praktikası yoxdur”.
F.Mustafanın fikrincə, İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil:
“Əgər İŞİD-i terror təşkilatı elan ediriksə, o zaman “Tamil pələngləri” və dünyada mövcud olan bu kimi digər qruplaşmaları da bura aid etməliyik. Azərbaycan ASALA-nı da terror təşkilatı kimi tanımır. Ancaq ASALA-nı bəyanatlarda və çıxışlarda terror təşkilatı olaraq səciyyələndiririk. Səbəb onların konkret olaraq ərazilərimizi işğal etməsi, orada qətliamlar törətməsidir. Bizim ölkədə törədilən əksər qətliamlarda ASALA-nın xüsusi rolu var. Biz konkret olaraq onların terroru ilə üz-üzə qaldığımıza görə onlara qarşı terrorçu ifadəsini işlədirik”.
Deputatın fikrincə, biz özümüzə qarşı olan hücumu qiymətləndirməliyik:
“Bu, daha doğru olandır. Dünyanın müxtəlif nöqtələrində olan terrorçu qruplaşmalara qarşı savaş elan etməyə, hamısını terrorçu kimi qəbul etməyə gücümüz və potensialımız çatmaz. Biz Amerikanın partnyoru kimi müəyyən məsələlərdə onunla müttəfiqik. Bu bizim xarici siyasətimizdə yekun nöqtədir. Azərbaycan kimi kiçik dövlətin bundan artıq hərəkəti isə terrorun ölkəmizə girməsinə səbəb ola bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.