ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya məmurları və şirkətlərinə qarşı sanksiyaları sərtləşdirib.
Apa-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilir.
Qeyd edək ki, sanksiya siyahısına Rusiya parlamentinin aşağı palatasının vitse spikeri Sergey Neverov, Krıma dair işlər naziri Oleq Savelyev, Rusiya prezidentinin müavini İqor Şeqolev daxil edilib.
Bundan başqa, ABŞ-ın sanksiya siyahısına Donetsk və Luqansk “xalq respublikaları” və separatçı Donetsk Xalq Respublikasının “baş naziri” Aleksandr Boroday daxil edilib.
Rusiyanın müdafiə-sənaye kompleksinin şirkətləri ilə bağlı sanksiya siyahısına həmçinin “Almaz-Antey” korporasiyası, “Kalaşnikov” konserni, “Bazalt”, “İjmaş”, “Uralvaqonzavod” şirkətləri, “Radioelektron texnologiyaları”, “Sozvezdiye” konsernləri, Cihazqayırma konstruktor bürosu və Maşınqayırma elm-iatehsalat birliyi daxil edilib.
Siyahıya həmçinin neft-qaz sektoruna aid “Novatek”, “Rosneft”, “Vneşekonombank”, Qazprombank kimi iri korporasiyalar da salınıb.