Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 67 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120 479 test aparılıb.