Bu tibb ocağında insanların sıfır həddində də dəyəri yoxdur

17-07-2014, 16:01   
Bu tibb ocağında insanların sıfır həddində də dəyəri yoxdurDünən bir vətəndaş şikayəti əsasında Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasındakı özbaşınalıqlarla bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Belə ki, anaxeber.info-a daxil olan informasiyalarda baş həkimin mənimsədiyi büdcə pullarını sübutlayan faktlar təqdim olunurdu

Deyəsən, bu xəbər sözügedən tibb ocağından narazı vətəndaşlara da stimul verib. anaxeber.info-a müraciət edən Bakı sakini Allahverdi Səmədov bildirir ki, Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanası əməlli-başlı bazar qaydaları ilə işləyir.

Bu tibb ocağında insanların sıfır həddində də dəyəri yoxdur

Xatırladaq ki, dünən sözügedən klinikada dövlətin güzəşt etdiyi şərtlər belə nəzərə alınmadığını xüsusi olaraq vurğulamışdır və xəbərdə deyilirdi ki, xidmət başdan-başa pulludur: “Hər şey də baş həkimin əli ilə həyata keçirilir. Xəstəxanaya dövlətin ayırdığı dərmanlar da baş həkimin əli ilə satışa çıxarılır. Ona görə də bir yaralı xəstə gələndə xəstə yaxını günün hansı saatı olmasına baxmayaraq ən primitiv tibbi ləvazimatları ala bilməsi üçün şəhəri ələk-vələk etməli olur”.

anaxeber.info-a açıqlamasında isə Bakı sakini yeni məqamları açıqlayıb: “Xəstəxanada rəsmən bazar qaydaları işləyir. Hər növbə həkiminə xəstə yaxını 20 manat verməlidir. Bu əsas şərtdir. Sonra hər analizə görə, 10 manar, tibb bacılarına 10 manatdan, təmizlikçiyə 5manat və s. Bunlarla da iş bitmir.

Gecənin hansı saatı olursa-olsun bütün dərmanları, hətta binti belə xəstə yaxınları almaq zorundadırlar. Xəstəxanaya ayrılan bütün ləvazimatlar baş həkimin apteklərində xırıd edilir. O qədər amansızdırlar ki, hətta çətin durumda olan xəstələrə xəstə yaxınlarından pul almadan tibbi müdaxilə etmirlər. Yəqin ki, allah bir gün bu adamların cəzasını verəcək. Amma hörmətli səhiyyə nazirimiz olan Oqtay müəllim Allahın cəzasından əvvəl dövlətin cəzasına şərait yaratmalıdır”.

Bütün tərəfləri dinləməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.