SSRİ-ni DAĞITMA PLANININ MÜƏLLİFİ ABŞ-da VƏZİFƏYƏ GƏTİRİLDİ:Putinin məsləhətçisi olan Kaputonun yüksəlişi nəyə hesablanıb?

30-04-2020, 09:16   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 29 aprel 2020-ci il

 

ABŞ Prezidenti Tramp hər bir fürsətdə “Çin virusu” ifadəsini işlədir. Vitse-prezident Pens“Çini araşdırırıq. Mənbənin Çin olduğu dəqiq şəkildə anlaşılarsa, bədəlini ödəyərlər” deyib. Başqa önəmli şəxslər də “Çinə olan borclarımızı verməyək, silək. Təzminat iddiaları da qaldıraq” deyərək, təkliflər veriblər. Görünən odur ki, ABŞ Çini sıxışdırmaq üçün əməlli-başlı işə girişib.

“Yenidən böyük Amerika!” şüarı ilə hakimiyyətə gələn Tramp və arxasındakı ağılın məqsədi həm istehsalı öz torpaqlarına geri qaytarmaq, həm də pul üzərində sarsılmaz hakimiyyət qurmaqdır. Hazırda gedən mübarizənin mahiyyəti budur.

İndi yazıya elə də çox tanımadığımız bir şəxslə davam edək. Çünki savaş cəbhəsində önəmli yer tutur.

“Dərin Amerika” ən son cəbhəyə onu göndərib. Adı Maykl Kaputodur. O, ABŞ-da Rotşild ailəsini, bəlkə də, ən yaxşı tanıyan şəxsdir. Kaputo Səhiyyə Nazirliyinə “gizli nazir” olaraq təyin edilib. Onun Səhiyyə və Sosial Xidmətlər Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə nazir müavini olduğu açıqlanıb. Rəsmi vəzifəsi bu olsa da, nazirlikdə hər şeyi bilən şəxs odur.

Əslində, Maykl Kaputo kimdir? O, SSRİ-nin dağılması planını hazırlayan şəxsdir. Hələ 30 yaşındaykən fövqəladə bir planı həyata keçirən ağıldır. Reyqana da, ata Buşa da çox yaxın idi. SSRİ-i dağıldıqdan sonra Rusiyaya köçdü. Yeltsinin baş məsləhətçisi oldu. Putini ilk seçən şəxslərdən biri idi. Putinin imic üzrə məsləhətçisi oldu. Onun nə danışacağından tutmuş nə yeyəcəyinədək, qərar verən şəxs Kaputo idi. Kremldə Yeltsinin kabineti böyüklüyündə tayı-bərabəri olmayan bir kabineti var idi. Əslində, Rusiyanı da idarə edirdi. Amma biz bilmirdik. Hesab edirdik ki, güc səhnədə öndə olan şəxslərdədir. Arxa planı görə bilmədiyimiz üçün də çox irəliləyə bilmirdik.

Kaputo, Rotşild ailəsiylə də burada – Moskvada tanış oldu. Ailə Kaputonu onlara işləməsi üçün razı salmağa çalışdı. Ancaq bacara bilmədi. Putin bu gün ailə ilə, demək olar ki, heç bir problem yaşamadan addımlar atsa da, o illərdə Rotşild ailəsinin bir çox tələbini rədd etdi. Bunun araxsında duran da Maykl Kaputo idi. O, “Qazprom”un media şirkəti qurmasını təmin etdi, 2 il də onu idarə etdi. Mixail Xodorkovskinin həbsə atılmasını təmin edən şəxs də o idi.

Kaputo, təqribən, 8 il Rusiyada yaşadı. Putinlə daima Rotşild ailəsini müzakirə edirdi. Bu gün onların gizli planlarını, atdığı addımları ən yaxşı bilən şəxs, şübhəsiz, Maykl Kaputodur.

İndi nə üçün ABŞ-ın səhiyyə sisteminin rəhbərliyinə keçdi? Sual budur. Çünki Rotşild ailəsi ABŞ-ın səhiyyə sistemini çökdürərək “Böyük Amerika” xəyalı quranları bitirmək istəyirdi. Hər kəs öz həmlələrini etməkdədir. Baxaq, görək, nəticəsi nə olacaq.

Kaputo, Rotşildlərin ABŞ-da biznes əlaqəsində olduğu ən önəmli 100 iş adamını da yaxından tanıyır. Onların necə addım atacaqlarını çox yaxşı bilir. Tramp öncə Kaputoya qarşı çıxdı. Həm də çox ciddi şəkildə. Təbii, burada ailənin üzvü olan Kuşnerin təzyiqləri önəmli yer tuturdu. Kuşner, Maykl Kaputonun bu posta təyin olunmaması üçün hər yola əl atdı, ancaq uğur qazana bilmədi.

Maykl Kaputo, Rotşild ailəsi haqqında bunları deyib: “Bu dünya onlardan qurtulmadığı müddətcə, əsla sülhpərvər bir yer olmayacaq. Hər kəsə nəzarət etmək istəyirlər. Nəzarət edə bilmədiklərini yox etməyə çalışırlar. Mənim üçün də çox maraqlı addımlar atdılar. Ailəmə qədər gəlməyi bacardılar. Ancaq mən də səssiz qalmadım. O ailədən qorxmuram. Onların ana vətəni olan Rusiyada güclərini qırdım. Onlara öz torpaqlarında qalib gəlmək daha asandır”.

Heç kim gedən bu savaşın miqyasını bilmədiyi halda, içəridə dərinliklərdə bunlar baş verirdi. Hər iki tərəf də bir-birini ittiham edirdi. Hər iki tərəf də bir-birini sülhün önündəki əngəl olaraq görürdü.

Kaputonun sözləri ailəyə, yəni Rotşildələrə açıq təhdid idi. Bununla da bitmir. Maykl Kaputo arxasında ailənin durduğu ABŞ şirkətlərinə ağır sanksiyaların tətbiq olunmasını istəyir. Bunu bir hesabat halında Ağ Evə deyil, “dərin Amerika”ya təqdim edib. Çox hərəkətli günlərin ərəfəsindəyik. Bu, ABŞ daxilində başlayacaq qasırğanın öncə Avropaya, ardınca da 5 qitəyə yayılacağı mənasına gəlir. Bunu görmək heç də çətin deyil.

Görünüşə görə, Maykl Kaputo çox aqressiv bir şəxsdir. Ancaq özünənəzarəti əsla itirməz. “Dərin Amerika”nın çox önəmli şəxslərindən biridir. Putinə bossluq edirdi. Kim bilirdi bunu? Neçə nəfər eşitmişdi?

Davam edək… Putin, Maykl Kaputo ilə qarşı-qarşıya gəlmək istəmədiyi üçün həmişə onunla bağlı müsbət danışır. “ABŞ üçün Maykl Kaputo böyük bir şansdır” sözləri Putinə aiddir.

SSRİ-ni yıxan, Boris Yeltsinin arxasındakı güc olan, Putinə məsləhətçilik edən Maykl Kaputo haqqında həmin dövrdə kimsə bir şey eşitməmişdi. Kremldə ən səlahiyyətli amerikalı olaraq dolaşırdı. Bu səbəblə, Rusiya ABŞ-la qarşı-qarşıya gələ bilməz. Putin, onu Maykl Kaputo ilə qarşı-qarşıya gətirəcək söz işlədə bilməz. Belə bir addım atarsa, telefonla ondan üzr istəməsi qaçılmazdır.

Maykl Kaputonun artıq Ağ Evdə də bir kabineti var. Həm Kremldə, həm də Ağ Evdə vəzifə alan, bu qədər dərin gücə sahib olan neçə adam var? Bu kateqoriyada olan yalnız Maykl Kaputodur. Onu anlamaq istəməyənlər ola bilər. Ağ Evdə bir neçə şəxs Maykl Kaputoya görə narahat olduğunu yüksək səslə söyləyib. Təbii ki, onlar Kuşnerdən güc alan komandanın üzvləri olublar. Kaputo işə başlamadan öncə 6 nəfərlik bu komanda Ağ Evdən qovulub. Yəni, Kaputo çox güclüdür və bunu da hiss etdirməyə başlayıb.

Tramp, Kaputo ilə bağlı çox açıq danışa bilməz. Çünki 2016-cı ildə prezident seçkiləri kampaniyasında Stiv Bennona da ağıl verən adamın Kaputo olduğunu bilir. Tramp noyabr seçkilərində yenə qalib gəlmək üçün bir çox güzəştə gedib. Kaputo da bu güzəştlərdən biridir. Hər kəslə münaqişə edən Tramp nə üçün Kaputo ilə heç toqquşmadı?

Kaputolu günlərdə Ağ Ev daha rəngarəng hala gələcək. Bəs bu rənglərə qarşı olanlar nə edəcək? Buradakı əsil önəmli olan mövzulardan biri də budur. Təbii ki, güc Kaputonun tərəfindədir.

Qeyd: Maykl Kaputo Mayk Pompeo kimi hərbçi əsillidir. O, Rusiyanı ABŞ-a yaxınlaşdıran gücün mərkəzində yer aldı. Son günlərin önəmli mövzusu olan neft qiymətlərilə bağlı Rusiya-Səudiyyə Ərəbistanı  mübarizəsinə də belə baxmaqda fayda vardır. Önəmli bir əlavə də odur ki, Tramp “Bir adam istəsəydi, koronavirus ABŞ-a sıçramazdı” deyib. Lakin ad çəkməyib. Vaşinqtonun dərinliklərində bu adamın adının Çinlə arasından su sızmayan Nensi Patrisiya D`Alesandro Pelosi olduğu söylənməkdədir.

Bu, mübarizədir. Hər yerdə gedir.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.