Akif Çovdarovun düşmənçilik etdiyi bazarın sahibini güdüb, bıçaqladılar – ilginc təfərrüat

2-05-2020, 11:46   


İş adamını bir qadının sifarişi ilə izləyiblər; hüquq-mühafizə orqanları kriminal olayın “qaranlıq məqamlar”ını açıqlayıb...qaranlıq məqamlar” olduğunu açıqlayıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb. Hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum edib. İlkin məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub, polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında “Vosmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə “MTN işi” üzərindən gəlib. Belə ki, Cəfər Səfərov və qardaşları 8-ci kilometr bazarının sahibləri olublar. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində məlum əməliyyat tədbiri keçiriləndən sonra Cəfər Səfərov və qardaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə üz tutublar.

Hilal evdən 80 min dollar götürüb atama verdi ki..." - MTN ...

Hilal Əsədov

Onlar 2020-ci il ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər. Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən “Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb.

 Bu haqda “Yeni Müsavat”a bazar sahiblərindən olan Salman Səfərov müsahibəsində demişdi.

Vosmoy bazarı” bağlanır - FOTO

Qəzetin 13 oktyabr 2016-cı il tarixli sayında Salman Səfərovun fikirləri əsasında “MTN generallarının ”Vosmoy" bazarı əməliyyatı"nın yeni şok detalları - qarşı tərəfdən ilginc açıqlamalar"  (https://musavat.com/news/mtn-generallarinin-vosmoy-bazari-emeliyyati-nin-yeni-sok-detallari-qarsi-terefden-ilginc-aciqlamalar_384679.html) sərlöhvəli yazı dərc olunmuşdu.

Salman Səfərov demişdi ki, 2005-ci il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bazardakı ofislərinə basqın ediblər.

Yazıdan sitat:

“Həmin gün bazardakı ofisimizə MTN-çilər basqın etdi. O vaxt ofisdə qardaşım Qəhrəman, bazarın direktoru Əyyub Novruzov, mühasib Akif Əzimov, mən və başqa işçilər də vardı. Onlar Qəhrəmanı tutdular. Oradan qardaşım Cəfərə baş verənlər haqda xəbər verdim. Sonradan bildim ki, MTN-çilər Akif Əzimovu, Qəhrəmanı,  Əyyub Novruzovu özləri ilə aparıblar”.

Salman Səfərov demişdi ki, bundan sonra Akif Çovdarov dövrəyə girib: “Onları MTN-ə aparandan sonra Akif Çovdarov qardaşım Cəfərə zəng etmişdi. Demişdi ki, haradasansa, dur gəl MTN-ə. Cəfər də MTN-ə getməmək üçün ona cavab vermişdi ki, şəhərdən kənardayam, gələ bilmərəm. Akif Çovdarov Cəfərə bildirmişdi ki, sən ”Elit" ticarət mərkəzinin yanındasan, bura gəl. Yəni artıq qardaşımın telefonunu qanunsuz izləməyə başlayıbmışlar. Planı da əvvəldən qurublar. Həmin vaxt biz haqq səsimizi ölkə rəhbərliyinə çatdırmaq üçün yollar axtarırdıq. Cəfər də ona görə MTN-ə getmək istəmirdi. Amma Akif Çovdarov onun yerini dəqiq dediyindən başa düşmüşdü ki, hara getsə, gəlib onu tapacaqlar, özü Akif Çovdarovun kabinetinə getmişdi. Orada Akif Çovdarov kabinetində qardaşıma deyib ki, bazar əslində iqtisadi inkişaf naziri Fərhad Əliyevindir, bazarı təhvil ver. Qardaşım da deyib ki, bizim Fərhad Əliyevlə heç bir əlaqəmiz yoxdur. Bizə Akif Çovdarov dedi ki, Çingiz Əsədov deyir ki, bazarı Səfərovlara satdım, pulunu gecə Fərhad Əliyev bazara qara maşında gəlib, 300 min verib və çıxıb gedib. Cəfər də Akif Çovdarova demişdi ki, siz bazarın bizə qədər olan sahibləri - Səftər və Abdullanı da çağırıb dinləyin, biz bazarı öz şəxsi vəsaitimizə almışıq. Çingiz bizə şər atır. Əgər biz 8 qardaşdan birinin Fərhad Əliyevlə əlaqəmiz olsaydı, azı onunla, qardaşları ilə telefon danışıqlarımız olardı, xeyir-şərdə qarşılaşardıq. O, qardaşlarım Cəfəri və Qəhrəmanı yanındakılara işarə verib demişdi ki, aparıb bunları başa salın. Qardaşım Cəfəri və Qəhrəmanı başlarına qara torba keçirib aparıb dəhşətli işgəncə veriblər. Olmazın əzablardan sonra həmin gecə Cəfəri və Qəhrəmanı 500 min dollar vermək şərtlə MTN-dən azad etdilər. Qardaşlarım evə pis gündə gəlmişdilər".

S.Səfərov deyir ki, Akif Çovdarov növbəti gün Cəfər Səfərova zəng vurub və MTN-ə getməsini tapşırıb: “Akif Çovdarov Cəfərə demişdi ki, Eldar Mahmudov 500 min dollarla razı deyil, bazarı tam verin. Bazar o dövrdə ”Bank of Baku"da girovluqda idi. Akif Çovdarov Cəfərlə birgə banka getdi, banka olan 78 min dollar borcu Akif Çovdarov verdi. Növbəti gün Akif Çovdarov Cəfəri “Olimp” mağazasının yanında olan notariusa apardı, orada bazarı Qulu Cəfərovun adına keçirdi. 2005-ci ilin dekabrın 20-də bazarı rəsmən bizdən aldılar. Çingiz Əsədov da bizə deyirdi ki, bazarın pulunu guya Fərhad Əliyevin verdiyini söyləməyi ona Akif Çovdarov tapşırıb. Deyirdi ki, mən Akif Çovdarovdan qorxuram, belə deməsəm, pis olar".

 

Müsahibimiz demişdi ki, 2005-ci ilin dekabr ayının 30-na qədər bazarda qalıblar: “O dövrdə bazara Elşən Hüseynov və Ənvər Məmmədov gəldilər. Elşən Hüseynov Akif Çovdarovun yaxın adamı, qonşusu idi, Ənvər Məmmədov isə Hilal Əsədovun qayınatası idi. Bizə deyirdi ki, istəsəm, sizi itirərəm. Bazardan bizi uzaqlaşdırandan sonra mən dəfələrlə Akif Çovdarovun yanında olmuşam. Ondan bizi bazardan çıxarmamasını istəmişəm. Amma razılaşmayıb. Mən bazarın əlimizdən alınması ilə bağlı dəfələrlə şikayətlər edirdim. Şikayət məktublarımı Akif Çovdarovun özünə göndərirdilər. O da mənə deyirdi ki, cavan oğlansan, maşınından tank çıxa bilər, qızla şərləyə bilərəm, iynə vuraram iflic olarsan, get sakit otur. Deyirdi ki, məni başa düş, bazarı mən almasaydım, bir başqası əlinizdən alacaqdı. Deyirdi ki, gəl sənə bir iş verim, işlə, bazar söhbətindən əl çək. Razılaşmadım. Mən şikayətlərimdə onu Hacı Məmmədovun davamçısı kimi göstərirdim. Bu da Akif Çovdarovu əsəbiləşdirirdi. Deyirdi ki, şikayət yazma, hakimiyyət dəyişən kimi bazarı özünüzə qaytaracağıq”...

Cəfər Səfərovun Akif Çovdarov əfvlə azadlığa çıxandan 25 gün sonra bıçaqlanması yenidən diqqəti sabiq generala yönəldib.

Cəfər Səfərovun maskalılar tərəfindən bıçaqlanmasında Akif Çovdarovun rolu ola biləcəyini ehtimal edənlər az deyil.

Bundan başqa, Səfərov qardaşları Akif Çovdarov həbsdə olarkən ona qarşı ifadə verməklə yanaşı, məhkəməsində də çıxış ediblər. Onlara qarşı cinayətlər üzrə Akif Çovdarovun əleyhinə ifadələr veriblər.

Bakı Hərbi Məhkəməsinin hökmündən də şikayətçilər sırasında ən ardıcıl olanları da Səfərov qardaşlarıdır. Onların iddiaları əsasında hazırda da Akif Çovdarovun yaxınları ilə 8-ci kilometr bazarı ilə bağlı məhkəmə davası aparılır.

Akif Çovdarovun məhkəməsi təxirə salındı - General ədalət istəyir ...

Yeri gəlmişkən, Akif Çovdarovun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a müsahibəsində 8-ci kilometr bazarı ilə bağlı fikirlər səsləndirmişdi. Demişdi ki, bazarla bağlı məhkəmə çəkişməsi davam edir: “Orada bazar başqa şəxslərin adınadır. Onların adından məhkəmədə dava gedir”.

Cəfər Səfərov hazırda Akif Çovdarovun yaxın adamları ilə məhkəmə çəkişməsindədir. Akif Çovdarovun Səfərov qardaşlarına qarşı qəzəbli olması da hələ istintaqı getdiyi dövrdən bəllidir.

Belə ki, Akif Çovdarov istintaq təcridxanasında belə Səfərov qardaşlarını hədələməkdən çəkinməyib. 

Onlara üzləşmələr zamanı “Mən ölüb getsəm də, mənim xofum sənin canından çıxmayacaq” söyləyib.

 

Bu haqda Salman Səfərov qardaşı Cəfər Səfərovun Akif Çovdarovla Bakı İstintaq Təcridxanasında üzləşdirilməsindən danışarkən demişdi.

Sitat: “Bizim şikayətlərdən sonra Akif Çovdarov Bakı İstintaq Təcridxanasında Cəfərlə üzləşdirildi. Cəfər orada Akif Çovdarovun üzünə nə baş veribsə deyib. Akif Çovdarov da deyib ki, mən ölüb getsəm də, xofum sənin canından çıxmayacaq”.

General Hilal Əsədovun xanımı danışdı | Cumhuriyyət

Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova

Xatırladaq ki, 8-ci kilometr bazarının 50 faizi Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın, 50 faizi isə Aydan Əmircanovanın adına keçirilib.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı bıçaq xəsarətləri alan Cəfər Səfərova telefon açıb. Lakin Cəfər Səfərov zənglərimizi cavabsız qoyub. Əldə etdiyimiz məlumata görə, hazırda onun sağlıq durumu qənaətbəxşdir.  Cinayətin kim tərəfindən törədilməsi, sifariş olub-olmaması aydınlaşdırılır.

Oxu.az saytı yazıb ki, canilər iş adamı Cəfər Səfərovun avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməsini tələb ediblər. C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər. Hadisənin soyğunçuluq faktı olması şübhə altındadır. Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində, şikayət ərizəsində qeyd etdiyi kimi, 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, cinayətkarlar bütün pulları ələ keçirərdilər. Sayt yazır ki, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar.

İş adamının güdülməsinin kim tərəfindən sifariş edilməsi bilinmir. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi aydın deyil. Bəzi məlumatlara görə, iş adamının izlənməsinin sifarişçisi bir qadındır. Hüquq-mühafizə orqanlarından oxu.az-da deyiblər ki, məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik...

Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

Məsələ ilə bağlı Akif Çovdarovun, onun vəkili Kamandar Nəsibovun da mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qaydacağıq.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.