Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR

3-05-2020, 18:18   


Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR

2005-ci ilə kimi müxtəlif vəzifələri daşımış, 2005-ci ildən 2015-ci ilə kimi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş və Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2015-ci il tarixli Sərəncamı əsasında, Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunan Zakir Fərəcovun yarıtmaz və mötədil idarəçiliyinə qarşı, bu gün də kütləvi narazılıqlar baş alıb getməkdədir. Buna da əsas səbəb, adı çəkilən bu şəxsin hələ də öz çirkin əməllərindən əl çəkməməsidir. Yəni, hər kəs o halın şahididir ki, Zakir Fərəcov vaxtilə Abşeronda başçı vəzifəsini daşıyarkən, onun həyata keçirdiyi iyrənc idarəçiliyə, büdcə talançılığına və qol qoyduğu digər addımlarına qarşı baş qaldıran kütləvi narazılıqlar “pik nöqtə”yə çatmışdı. Çox zaman o, Abşeron rayonu ərazisində müəyyən layihə proqramları həyata keçirilərkən, həmin lahiyələrin necə həyata keçirilməsini deyil, daha çox nə qədər büdcə vəsaitlərini ələ keçirəcəyini düşünür. Məsələn, bu şəxs 2010-cu ildə Abşerona rəhbərlik edərkən, rayonun Qobu kəndinə su çəkilişi ilə bağlı “Azərsu” ASC-i tərəfindən tender keçirilir. Keçirilən tenderdə “VAST” MMC “qalib” çıxır və çox keçmir ki, MMC-in əməkdaşları layihənin icrası məqsədilə tikinti işlərinə də başlayırlar. Əldə etdiyimiz səhih məlumatlara görə, həmin vaxtlarda bu MMC hal-hazırda Pirallahı rayonuna rəhbərlik edən Vasif İmanovun oğluna məxsus olur. Vasif İmanovun özü isə, tenderin keçirildiyi vaxtlarda ARDNŞ-nə məxsus “qaraj”ların birində müdir vəzifəsini daşıyır. Əlavə olaraq onu da qeyd edək ki, bu layihə planı həyata keçirilərkən “VAST” MMC-nin sahibi Səhrab adlı gənc, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qızı ilə ailə həyatı qurur və belə bir səbəb üzündən də, hər iki tərəf arasında qudalıq münasibətləri olur.
Məsələnin diqqəti cəlb edən tərəfi o olur ki, bu layihə planında üç ədəd su anbarının inşa olunması planlaşdırılır və su abarlarından yalnız birinin inşaası həyata keçirilir. İkinci su anbarının özül hissəsi qazılıb müəyyən işləri görülsə də, qalan işləri yarımçıq saxlanılır, üçüncü su anbarının inşaası isə, heç bir halda həyata keçirilmir.

Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR

Bu layihə planı uğurla “başa çatdırıldıqdan” sonra, çox keçmir ki, Vasif İmanov Pirallahı rayon İcra Hakimiyyətinə başçı təyin olunur. Faciəli halın varlığı odur ki, Zakir Fərəcov Abşeronda icra başçısı vəzifəsini daşıyarkən o, hansısa maraqları çərçivəsində bu layihə planının icrasına diqqətlə yanaşmır və belə bir səbəb üzündən də, görülməli olan işlərin daha çox hissəsi yarımçıq qalır. Belə bir addımların nəticəsidir ki, bu gün Qobu kənd sakinləri su üzünə həsrət qalıblar və hal-hazırda olmazın problemləri da yaşamaqdadırlar. Ən pis halın varlığı isə, yəni zamanında bu layihə planı həyata keçirilmədiyindən istər kəndin ərazisində, istərsə də yolların kənarlarında yaşıllıqların salınması müşkül məsələyə çevrilib. Bəli, bütün bunların hər biri Zakir Fərəcovun adı ilə yazılmış problemlərdir. Çünki, o, icra başçısı olarkən ona həvalə olunmuş vəzifənin məsuliyyətini dərk etsəydi, zamanında lazımi addımlarını atsayda, o halda bu gün Qobu kənd sakinləri belə bir problemlərlə də üz-üzə qalmazdılar. Deməli, bu şəxsi sakinlərin taleyi deyil, daha çox özünün şəxsi maraqları düşündürüb ki, bu cür səriştəsiz və yarıtmaz idarəçiliyini həyata keçirib.
Zakir Fərəcovun uzun müddət ərzində icra başçısı vəzifəsini daşıması da, daha düşündürücü hallardandır. Bu yöndə məlumatları Xeberfakt.Az-a çatdıran mənbə bildirir ki, sən demə vaxtilə adı çəkilən bu şəxsə Ramiz Mehdiyev və ANS Şirkətlər Qrupu “arxa-dayaq” durduqlarından, o, zaman-zaman hər cür talançılığa, büdcə oğurluqlarına, çoxsaylı qanunsuzluq əməllərinə qol qoymaqla icra başçısı vəzifəsini daşıya bilir. Onu da unutmaq olmaz ki, bu şəxs ona “arxa-dayaq” duranların qarşısında heç də borclu qalmaq istəmir və zamanında söz sahibi olan Ramiz Mehdiyevə, təkcə Qobu kənd qəbristanlığı ilə üzbəüz ərazidə 16 hektar torpaq sahəsi hədiyyə edir. Hələ bu azmış kimi Zakir Fərəcov daşıdığı vəzifəsinin səlahiyyətlərindən sui-istifadə edib, Ramiz Mehdiyevə hədiyyə etdiyi 16 hektar torpaq sahəsinin mişar daşları ilə hasara alınması üçün, bələdiyyə sədrlərinə lazımi tapşırığını da verir. Bundan əlavə o, ANS Şirkətlər Qrupu fəaliyyət göstərərkən, bu telekanalın imkanlarından lazımınca yararlanmağı bacarır və barəsində hərhansı xoşagəlməz məlumatın yayımlanmasının qarşısını almağa da müəyəssər olur. Düzdür, hər kəs təsdiq edə bilər ki, vaxtilə ANS Şirkətlər Qrupu ölkə ərazisində yayımlanan telekanallar içərisində ən nüfuzlu telekanal hesab olunurdu.
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR

Ona görə də, Zakir Fərəcov bu kanalın rəhbərliyi ilə zamanında “dil tapmağı” bacarır və Qobu kəndi ərazisində ANS Şirkətlər Qrupuna məxsus inşa olunmuş binaya bitişik 15 hektar torpaq sahəsi də ayırır. Sözsüz ki, onun bu yöndə atdığı addımlar yalnız və yalnız özünün müdafiə olunmasına, daşıdığı vəzifəsinin daha da möhkəmləndirilməsinə hesablanmış addımlar olur.
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR
Zakir Fərəcovun “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə nələr durub?- ŞOK FAKTLAR/FOTOLAR

P.S. Hörmətli oxucular! Növbəti sayımızda vaxtilə Abşeron rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu sahədə göstərdiyi xidmətlərə görə ulu öndər Heydər Əliyev tərəfindən medalla təltif olunmuş qadın sahibkarın, Zakir Fərəcov tərəfindən hansı haqsızlıqlarla üz-üzə qalmasından bəhs edəcəyik. Onu da bildirək ki, qadın sahibkar medalla təltif olunarkən, həmin tədbirlə bağlı çəkilmiş şəkllər Abşeron RİH-nin inzibati binasının girişindəki guşədə yerləşdirilmiş şəkillərin içərisində var.

Xeberfakt.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.