"Dollardan da güclü pul vahidi yaranacaq, neftə həmişə ehtiyac olacaq"-Rus yazıçıdan sensasion müsahibə

4-05-2020, 10:00   


Koronavirusdan sağalan jurnalistin Sergey Lukyanenko ilə söhbətindən: “Dövlət də bir növ virusa bənzəyir...”

Koronavirusla bağlı indiyədək ən müxtəlif iddialar var. Onların hansının doğru, hansının yanlış olduğunu demək çətindir.

Rusiyalı yazıçı Sergey Lukyanenkonun koronavirusla bağlı və ondan sonrakı dönəmdə mümkün ssenarilərlə bağlı iddialarını ötən ay Musavat.com oxucularına təqdim etmişdik. Bu gün isə onun daha bir maraqlı müsahibəsindən bəzi hissələri təqdim edirik. Qeyd edək ki, Lukyanenko ixtisasca həkimdir. Onunla müsahibə götürən jurnalist isə yaxınlarda koronovirusdan müalicə olunaraq sağalıb.


-Milyonlar insanın həyatına son qoymuş “İspan qripi” Birinci Dünya müharibəsi dövründə başladı. Antisanitariya şəraiti və kütləvi miqrasiya virusun geniş yayılmasına şərait yaratdı. İndiki texnoloji əsr o dövrdə çox fərqlidir. Bəs niyə infeksiyanın yayılmasının qarşısını ala bilmədik?

-Düşünürəm ki, müharibə virusun yayılmasında o zaman ikinci dərəcəli amil idi. İndi geniş bir hərbi əməliyyatlar yoxdur, ancaq 1919-cu ildə olmayan bir məsələ var - aktiv sərnişin, yük, hava nəqliyyatı şəbəkəsi. Bu, infeksiyanın bir əsr əvvəlkindən daha sürətli yayılmasına imkan verdi. Və bu 100 ildə tibb elminin viruslarla mübarizədə o qədərdə uğur qazanmadığını unutmayaq.

- Bəlkə problem virusun süni olması və bəşəriyyətin bir hissəsini məhv etmək üçün xüsusi olaraq yaradılmısındadır?

- Koronavirusun məhz necə yarandığını birmənalı söyləmək çətindir- həm laborator şəraitində hazırlandığı, həm təbii yolla yayıldığı haqda kifayət qədər inandırıcı fikirlər var. Yəni süni yaradılmasını tamamilə istisna etməzdim. Ancaq bu texnoloji bir virusdursa, düşünmürəm ki, dünyada yayılmasında məqsəd insanları öldürmək üçündür. İstisna deyil ki, laboratoriyadan ehtiyatsızlıq nəticəsində yayılsın.

- Alimlər təcili olaraq mövcud koronavirusa qarşı peyvənd hazırlıqlarına başlayıblar. Amma həm də deyirlər ki, bir il, başqa bir il və uzun illər gözləyin...

Almaniya və Britaniyada vaksin sınaqlarına başlanır

- Gözləmək lazımdır, peyvənd vacibdir.

- Bu müddət ərzində təkcə virusdan ölənlər olmayacaq. Həm də bu virusdan sağalanlar olacaq. Dünya iki yerə bölünəcək. O halda qorxulu zombi filmlərindəki kimi virus tutanlarla tutmayanlar arasında müharibə mümkündürmü? Hamının bu virusa yoluxması yaxşı deyildimi?

- Düşünmürəm ki, xəstələnən və xəstə olmayanlar arasında açıq qarşıdurma olsun. Əlbəttə ki, etibarlı olan artıq mövcud olan COVID-19-a yoluxub sağalmaqdır. Çünki belələri bir az rahatlaya, xəstəliklə bağlı baş verənlərə maskalarını, əlcəklərini çıxararaq seyr edə bilərlər.

- Sağalanlarla bağlı dedikləriniz hələ ki, mümkün deyil. Şəxsin xəstə və sağlam olduğuna dair heç bir sertifikat vermirlər. Mən özüm də koronavirusa yoluxmuşdum. Düşünürəm ki, sağalanların normal həyata qayıtmasına imkan vermək ədalətli olar.

- Mən də hesab edirəm ki, sağalanların işə getməsinə icazə vermək lazımdır - bu, pandemiyanın iqtisadi zərərlərini bir az azaldır. Amma burada əsas problem koronavirusla bağlı səhv testlərin nəticəsidir. Bununla bağlı fərziyyələr çoxdur və nəticələrini müzakirə üçün hələ də kifayət qədər fakt yoxdur.

 

Mümkündür ki, Rusiyada yayılan virus artıq İtaliyadakı deyil, mutasiya olunub

 

- Heç kim koronavirus və onun mutasiyaları haqqında heç nə bilmir. Məsələn, niyə İtaliyada infeksiya yaşlıları öldürdü, lakin Rusiyada ölənlərin orta hesabla yaşı 40-dır.

- Bəlkə də bunun səbəbi yenidənqurma və SSRİ-nin dağılmasını yaşamış və sağ qalmış rus təqaüdçülərin daima ən pisə hazır olmalarıdır. Gənclər isə o qədərdə düşüncəli deyirlər və infeksiyadan qorunmurlar. Ancaq bu yalnız mənim versiyamdır. Mümkündür ki, Rusiyada yayılan virus artıq İtaliyadakı deyil, mutasiya olunub. Virus çox aktivdirsə daxil olduğu orqanizmi öldürür. Xəstəliyin yüngül bir forması isə insanda qalır, onunla yaşayır. Əgər buna yaşamaq deyilə bilərsə. Əlbəttə ki, virusu canlı bir varlıq adlandırmağa risk etməzdim. Bu, canlı və cansız maddə arasında dayanan bir şeydir. Yeri gəlmişkən, dövlət də bir növ virusa bənzəyir. Yaşayış və yaşayış olmayan bir yolun kənarında dayanır. Davamlı mövcudluğunu təmin etmək üçün hər bir dövlət hər şeyi bilmək, hər şeyi idarə etmək və s. istəyir. Bu onun yaşamaq üsuludur. Əlbəttə ki, vətəndaşların idarəedilməsində daha çox hüquq əldə etmək imkanı yaranarsa, bu səlahiyyətlilər əldən verməzlər. Min illər boyu bu qaydada gedirdik, indi isə elektron sistemlər bunu reallığa çevirməyə imkan verir.

-Bəs, necə azad olmaq olar?

- Yalnız bütün smartfonları, cihazları, kredit kartlarını atıb səhraya getməklə… Başqa bir sadə yol da var - yeni qaydalara və qanunlara riayət etmək, müvafiq dövlət orqanları üçün maraqlı olmamaq…

-Beləliklə, “hər şeyi atın və heç bir virusun çata bilmədiyi vilayətə gedin” deyirsiniz...

- Bəli, sərtləşdirilmiş karantin qaydalarına və rejiminə görə paytaxtlarda yaşamaq daha rahat olmayacaq və ehtimal ki, bir çoxları böyük şəhərləri tərk edəcək. Moskva, əmək qabiliyyətli və gənc əhalinin məskunlaşdığı çox yüklənmiş bir meqapolisdir. Düşünürəm ki, ölkə daha da inkişaf etməlidir. Bəlkə də baş verənlər başqa bir istiqamətdə inkişafsa təkan verəcəkdir.

-Bəs bütün yeni qaydalara necə riayət etmək lazımdır? Bir çoxu mənə açıq şəkildə axmaqlıq kimi gəlir. Mən səmərəli bir insanam, robot deyiləm, hər şeyi əvvəlcədən planlaşdırmağı, süni şəkildə yaradılan bütün hərəkət maneələri ilə bacarmıram. Yaxşı ki, heç olmasa, jurnalistlər hər yerə gedə bilər. Bəs, yazıçıların belə üstünlükləri varmı?

- Təəssüf ki, yazıçıların bonusları yoxdur. Uzun illər jurnalist olsam da, bu arada məlum oldu ki, rəsmi qeydiyyatım yoxdur və buna görə də çox üzüldüm.

- Hollivud filmlərində həmişə köhnə dünyanın qayıdışı üçün mübarizə aparan müəyyən qüvvələr ortaya çıxır. Üstəlik, bunlar marginallaşmış insanlar deyil, sivilizasiya kodunu, azad cəmiyyətin ideologiyasını qoruyub saxlayan bir cəmiyyətin üzvləri olur. Bu gün dünyamızı koronovirusdan əvvələ qaytarmaq üçün məhz bu cür müqavimət yaratmaq mümkünmü?

- Bu məhdudiyyətlərin tətbiqi real təhlükədən qaynaqlanır. Özünüz koronavirusa yoluxdunuz, xəstə oldunuz, mənim də xəstəxanalarda çox tanışlarım və dostlarım var. Əgər dövlət səni qorumağa çalışırlarsa, hansı müqavimətdən söhbət gedə bilər?

Bəli, əlbəttə ki, dövlət maşınının bir az ləngiməsi var, qadağalar insanları darıxdırır, bu səbəbdən “əşi, cəhənnəm olsun virus” deyib qaydaları pozurlar. Baxmayaraq ki, belə bir vəziyyətdə partizanlıq etmək axmaqlıqdır.

İqtisadi və sosial baxımdan dövlət davamlı zərər və itki verir, üstəlik cəmiyyətin qıcığı artır, hər təcrid günü hakimiyyətə inam aşağı düşür.

May ayının ortalarında məhdudiyyətləri aradan qaldırmağa başlayacaqlar. Ona görə yox ki, tibbi baxımından artıq karantin lazım deyil. O səbəbdən ki, karantin dövlət üçün artıq iqtisadi cəhətdən dözülməzdir. Avropada da eyni proses baş verir. Hələ karantini uzatmaq olardı, amma bu daha çox maddi zərər və risk deməkdir.

- Yəni indi əsas nədir: iqtisadiyyat və ya epidemiya?

- Əlbəttə, iqtisadiyyat. Düşünürəm ki, bu virusa görə hər şey yenidən formatlanacaqdır. Valyuta məzənnələri dəyişəcək, bəlkə də yeni pul standartları görünəcək, nəinki dollar, həm də daha möhkəm təməllərdə - qızıl, platin…Yaxın gələcəkdə neftsiz dünya olmayacaq. Daxili yanma mühərrikləri elektrikli motorlardan daha əlverişlidir. Bir var, vaxtaşırı elektrik doldurub kiçik həcmli maşında meqalopolisi gəzəsən, bir də var soyuqda bir yerdən başqa yerə yük maşınında qırx ton ağırlığında yük daşıyasan. Yenə yanacaq, yenə yağ istifadəsi üçün neft lazım olacaq.

Neft var, olub və olacaq. Qiymət dəyişkənliyi normal bir prosesdir. Mən neftin iki yüz dollar dəyərdə olduğu günləri yada salıram.

 

- İndiki vəziyyətimizdə təkbaşına bir qəhrəmanın üzə çıxması mümkündürmü? Yoxsa təkbaşına tarixi şəxsiyyətlər, qəhrəmanlar dövrü keçib?

-Pandemiyadan sonra bir zarafat yaranıb: “Bu gün bir insan bütün dünyanı dəyişə bilməz, ancaq bir yarasaya bunu etmək asandır”. Şəxsiyyətin tarixdəki rolu vacibdir və şübhəsiz bütün dövrlərdə qalır.

-Ola bilərmi, koronavirusdan öləcəyimizi və ya necə xilas olacağımızı gözlədiyimiz vaxt məlum olsun ki, epidemiya çoxdan bitib…

- Bu mümkün deyil. Müxtəlif ölkələrdən və qitələrdən olan insanlar bir-biri ilə real vaxt rejimində ünsiyyət qururlar, nə olursa-olsun, hər şey dərhal aydın olur, əgər bir neçə ay keçsə və koronavirusla bağlı xəbərlər bu qədər dəhşətli olmazsa, o zaman epidemiyanın başa çatdığı məlum olacaqdır. Həm də pandemiyadan hamının öləcəyinə inanmaq üçün bir səbəb yoxdur.

 

Orxan,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.