Füzuli istiqamətində erməni mayoru "mina partlayışından" öldü

5-05-2020, 08:50   



Ötən gün axşam saatlarında təmas xəttinin Füzuli istiqamətində "mina partlayışı" nəticəsində ölən erməni hərbi qulluqçusu rütbəcə mayordur. Ermənistan KİV-lərinin xəbərlərinə görə, 32 yaşlı mayor Taron Poqosyan Vazgen adına hərbi məktəbi bitirib, Araratın Vosketap icmasındandır və 3 uşaq atası idi. 

Erməni tərəfi onun "mina partlayışından" həlak olduğunu bildirir, lakin həmin partlayan minanın piyadalar əleyhinə mina, yoxsa minaatan mərmisi olduğunu dəqiqləşdirmir. Məlumdur ki, son günlər Azərbaycan ordusu cəbhə boyu düşmənin fəallığına cavab olaraq minaatanları tətbiq edir.


***

Bu gün mayın 4-də , saat 19.05 radələrində Ermənistan işğalçı qüvvələrinin cəbhənin cənub istiqamətində (Füzuli-Cəbrayıl) yerləşən bölmələri itki verib.

Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu, 1988-ci ildə anadan olmuş Taron Rubikoviç Poqosyan “mina partlayışı” nəticəsində ölümcül yaralar alıb.

Lakin ehtimal edilir ki, əslində düşmən hərbi qulluqçusu Azərbaycan ordusunun minaatanlarından endirilən zərbə nəticəsində ölüb. Çünki təmas xətti boyu son günlər işğalçı qüvvələrin xüsusi fəallığı müşahidə olunur və düşmən 60 mm-lik minatanları işə salandan sonra Azərbaycan ordusu onların mövqelərinə daha iriçaplı minatanlarla zərbələr endirir. Müdafiə naziri Zakir Həsənov iki gün əvvəl keçirdiyi xidməti müşavirdə düşmənin təmas xətti boyu xeyli fəallaşdığını bildirib və komandirlərə ordunu yeni döyüş əməliyyatlarına hazırlamağı əmr edib.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.