Virtual müşavirədə maska şousu – Vidadi İsayev özünü rüsvay etdi

7-05-2020, 08:58   
 

Bərdənin icra başçısı Vidadi İsayev sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. ANAXEBER.info-nun məlumatına görə, buna səbəb Vidadi İsayevin keçirdiyi virtual müşavirədən yayılan fotodur. Fotodan görünür ki,   Vidadi İsayev və virtula müşavirə iştirakçıları tibbi maska taxıb. Halbuki, buna ehtiyac yoxdur. Çünki Vidadi İsayev də daxil müşavirə iştirkaçıları bir-birləri ilə canlı təmasda deyillər.Məlumata görə, virtual müşavirədə maska taxmaq göstərişi icra başçısından gəlib. Vidadi İsayev bununla Bərdədə pandemiyaya qarşı ciddi mübarizə aparıldığını nümayiş etdirmək istəyib. Amma bu, əks effekt verib.Vidadi İsayev ən çox şikayət edilən icra başçılarındadır. Hər dəfə DTX-nın daha hansı icra başçısını həbs edəcəyi barədə ehtimallar səsləndiriləndə Vidadi İsayevin adı ilk sırada gəlir. Hətta bir neçə gün əvvəl Bərdənin Xəsili kənd icra nümayəndəsinin həbsini də Vidadi İsayevin özünüqoruma instinktindən irəli gəldiyi bildirilir. İddialara görə, icra başçısı DTX-nın Bərədəyə gəlməsini əngəlləmək üçün icra nümayəndəsini qurban verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.