Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 mindən çox ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatlar çatdıracaq...
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə
Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkə üzrə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə Cənubi
Qafqazın ən böyük quşçuluq müəssisələrindən olan “
Siyəzən broyler” ASC də dəstək verib.
Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində
Siyəzən rayonunda yaşayan 8 mindən çox ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatlar çatdıracaq. Yardım aksiyasının davamı olaraq “
Siyəzən broyler” ASC tərəfindən həmçinin
Bakı şəhərində daha 12 min ailəyə ümumi çəkisi 50 tondan çox ərzaq məhsulu paylanacaq.
Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ölkəmizdə birincilər sırasında 197 min manat vəsait köçürən,
Bakıda imkansız ailələrə müntəzəm ərzaq yardımı edən “
Siyəzən broyler” ASC həmrəylik nümayiş etdirərək bundan sonra da ölkə rəhbərliyinin bütün çağırışlarına qoşulacaq və bu çətin günlərdə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə dəstək olmaq üçün səylərini əsirgəməyəcək.