Koronavirus pandemiyası Azərbaycanla Ermənistan arasında gərginliyin dərəcəsini aşağı salıb, baxmayaraq ki, ATƏT-in müşahidə missiyası karatinə çəkilib və təmas xətti boyu monitorinq aparmır.
Virtualaz.org xəbər verir ki, bu haqda “Eurasianet” portalından Coşua Kuçera yazır. O, diqqəti bu fakta cəlb edir ki, epidemiya başlayandan bəri Azərbaycanla Ermənistan arasında atışmalar səngiyib, qurbanlar azalıb.
“Atəşkəs rejimini monitorinq edən beynəlxalq müşahidəçilər qrupumartın 19-da elan edib ki, öz fəaliyyətini COVİD-19 virusunun yayılmasına görə qeyri-müəyyən müddətə dayandırır. Bundan dərhal sonra Minsk Qrupu hər iki münaqişə tərəfini “bu dövrrdə regionda gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinməyə” çağırdı”,-müəllif yazır.
Məqalədə deyilir ki, müşahidəçilərin regionu tərk etməsi əvvəlcə siyasətçilərdə narahatlıq yaradıb. “Belə təhlükə vardı ki, tərəflərdən hansısa biri monitorinq missiyasının dayandırılmasından əlverişli şərait kimi istifadə edə bilər, yaxud digər tərəf düşünər ki, narahat olar ki, digər tərəf bunun əlverişli hal olduğu qənaətinə gələr. Bu isə müəyyən dərəcədə gərginlik, qeyri-müəyyənlik yaradırdı”,-situasiya ilə tanış olan Qərb diplomatı bildirib.
Müəllif xatırladır ki, BMT Baş katibi Antonio Quttereş də bütün münaqişə tərəflərinə pandemiya dövründə hərbi əməliyyatları dayandırmaq çağırışı edib. Bu çağırış Qarabağ münaqişəsi tərəflərinə də aid idi.
Belə situasiyada aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri videokonfrans rejimidə görüş keçiriblər. Müzakirə olunan mövzular arasında gərginliyin azaldılmasına yönələn addımlar, o cümlədən hər iki tərəfdən əsir və girovların öz yaxınları ilə görüşməsinə imkan yaradılması, jurnalistlərin qarşılıqlı səfəri təşəbbüsünün davamı da olub. Lakin pandemiya dövründə humanitar addımların reallaşdırılması da təxirə salınıb.
Virtualaz.org