İran ordusu gəmisindəki “raket insidenti” ilə bağlı açıqlama yaydı: 19 ölü, 15 yaralı

11-05-2020, 17:34   


İran Silahlı Qüvvələri gəmisinin səhvən raket zərbəsi ilə vurulduğunu təsdiqləməyib.

Xəbəri RİA-Novosti yayıb.

Bildirilir ki, bununla belə, İran ordusunun məlumatına görə, "gəmi ilə bağlı baş verən insident" nəticəsində ən azı 19 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

***10:17

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub. 

Virtualaz.org xəbər verir ki,  bu barədə “Tasnim” xəbər agentliyinin əməkdaşı Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb.

Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub. Gəmidə baş verən partlayışda onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.

AAA agentliyi isə özünün Twitter səhifəsində hadisədə 40 nəfərdən ibarət bütün heyət üzvlərinin həlak olduğunu bildirir.

Maltalı journalist və hərbi bloqer Babak Taqvey isə “Jamaran” freqatının “Konarak” hərbi-nəqliyyat gəmisinə gəmilər əleyhinə raket buraxdığını, nəticədə azı 30 nəfərin həlak olduğunu yazıb.

Hələ ki, İran ordusu məlumata rəsmi münasibət bildirməyib.  “Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib. Freqat hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunub. 

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.