Mikayıl Cabbarovun Elnur Əliyev sevgisi: “onun psixi problemləri var…”

14-05-2020, 09:32   
 
Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub. Yeni nazir müavini təyin olunan Əliyev Elnur Aydın oğlunun dosyesini cumhuriyyet.az olaraq təqdim edirik: Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıtıb.
36 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar. Məlumata görə, Elnur Əliyev vaxtı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. Bakı Dövlət Universitetinin məzunu olan E.Əliyev Vergilər Nazirliyində də Mikayıl Cabbarovla birgə çalışıb. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib. Eyni zamanda cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, dövrü mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun yaxın qohumu (xalası oğlu) olduğu bildirilir. Mətbuatda E.Əliyevlə bağlı yayılan bir məlumat xüsusilə diqqət çəkir: “Elnur Əliyevi yaxından tanıyanlar bilirlər ki, onun psixi problemləri var və bu problem özündən tez çıxma, əxlaqsız ifadələr işlətməklə və həmsöhbətləri ilə sadə ünsiyyət bacarığını qura bilməməsi ilə müşahidə olunur”.
“Xaloğlu”nun fəaliyyəti haqda cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı belə nəticəyə gəldik ki, hələ də “JEK təfəkküründən” uzaqlaşa bilməyən, idarəetdiyi sahəyə şəxsi hissləri səviyyəsində yanaşan E. Əliyevin təhsilimizə vurduğu zərbələrin yaraları hələ uzun müddət sızıldayacaq: “Dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətindədir. Bakı Şəhər Təhsil İdarəsi birbaşa Elnur Əliyevin nəzarəti altında olub. Ölkənin ümumtəhsil məktəbləri üzrə təhsilalanların 1/3-ni, təhsilverənlərinin 1/5-ni özündə birləşdirən Bakı Təhsilini Elnur Əliyev Rəşad Tağıyevin vasitəsi ilə idarə edib. Bakı məktəblərinin bufetlərindən gündəlik toplanan 220000 manat vəsait də Elnur Əliyevin nəzarəti altında olub. Elnur Əliyev həmçinin, rayonların demək olar ki, əksəriyyətində RTŞ -lərə yerləşdirdiyi İnformasiya Şöbəsinin əməkdaşları vasitəsi ilə RTŞ müdirlərinə nəzarət edib”. Bir zamanlar Mikayıl Çabbarov təhsil naziri olarkən E.Əliyev faktik olaraq alternativ nazirə çevrilib. İndi M.Cabbarov özü alternativ Baş Nazir statusundadır, E.Əliyevin indiki fəaliyyətini təsəvvür etmək çətin deyil…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.