"Koronavirus toplumlarda AİDS kimi qalıcı ola bilər". Avropa.info xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Təcili Yardım proqramının direktoru Mayk Ryan deyib. Ryan koronavirusun qarşısının alınması üçün uzun bir yol keçilə biləcəyini qeyd edib.
"Hamımız yeni epidemiya dalğaları ortaya çıxmadan testləri həyata keçirməliyik. Biz iqtisadi fəlakətlərin də ortaya çıxa biləcəyindən əndişəliyik. Bu virus toplumlarda qalıcı ola bilər. AİDS də insanların həyatından getmədi və şərtlərinə alışdıq. Artıq insanlar keçmişdə olduğu kimi AİDS-dən qorxmur. Məncə doğru danışmalıyıq və kimsənin bu xəstəliyinin (kovid - 19) nə zaman yox olub olmayacağını təxmin etmirik. Koronavirus da AİDS kimi qalıcı ola bilər" - Mayk Ryan belə deyib.