"Müharibəni Rusiya üçün çıxılmaz hala gətirəcəyik" - ABŞ

14-05-2020, 22:31   


"Müharibəni  Rusiya üçün çıxılmaz hala gətirəcəyik" - ABŞ

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ABŞ-ın bu ölkədəki hərbi mövcudluğunu davam etdirəcəyini və məqsədlərinin Suriyada müharibəni Rusiya üçün "çıxılmaz hala gətirmək" olduğunu söyləyib.

Cebhe.info xəbər verir ki, Ceyms Cefri Vaşinqtonda yerləşən Hudson İnstitutunda çıxış edib.O, ölkəsinin Əfqanıstanda olduğu kimi Suriyada da çıxılmaz halda olduğu iddialarını rədd edib. Cefri ABŞ-ın Suriyadakı siyasətinin bölgədəki düşmənlərinə təzyiq etmək olduğunu ifadə edib:

"Təqib etdiyimiz siyasətin ağıllı bir siyasət olduğunu düşünürük. Suriya Əfqanıstan və ya Vyetnam deyil. Bu, ABŞ üçün çıxılmaz hadisə də deyil. Mənim vəzifəm bu müharibəni ruslar üçün çıxılmaz hala gətirməkdir".

Tünzalə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.