Xaçmaz şəhər 3 saylı orta məktəbin ərazisi satılıb.
Mediaxeberleri.az xəbər verir ki, bu faktı araşdırmaçı jurnalist Cəmil Məmmədli üzə çıxarıb. Jurnalistin sözlərinə görə, Xaçmaz bələdiyyəsi məktəbin ərazisini 380 manata Məstəliyev Samir Abbasqulu oğluna satıb. Samir Məstəliyev isə Xaçmazın təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovanın oğludur.
Başqa bir fakt isə məktəb binasının təmiri ilə bağlıdır. Məlum olub ki, alayarımçıq təmir edilib. Daha doğrusu, binanın yalnız yola baxan hissəsinə üzlük vurulub.