“WALL STREET” ABŞ-ı BORC BATAQLIĞINA NECƏ SALIB? –2025-ci ildə ABŞ-ın dövlət borcu 30 trilyon dolları ötə bilər - ARAŞDIRMA

16-05-2020, 09:31   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 14 may 2020-ci il

 

Aprel ayı etibarilə, ABŞ-ın borcu 24 trilyon dollara çatıb. Hər il açıq verən nəhəng büdcələri var. Cari büdcə açığı artıq gəlib 1 trilyon dollara dayanıb.

Bir ata düşünün, özünün, həyat yoldaşının və uşaqlarının cəmi xərci 100 lirə olsun. Gəlirləri isə, nə etsələr də, 80 lirəni keçməsin. Əlavə iş görsələr də, nəticə dəyişməsin. O halda, ata hər ay əlavə 20 lirə tapmalıdır. Yaxşı, deyək ki, 1-2 ay tapdı, bu, neçə ay, haradək davam edəcək? Ya əlindəkiləri satıb borcunu ödəyəcək, ya da borcunu “sıfırlamağın” bir yolunu tapacaq. Təbii, əgər gücü varsa…

ABŞ-ın böyük daxili problemi də elə budur. Dünyaya nəzarət edirlər, rifah içində yaşayırlar, amma atanın tapdığı 20 lirə kimi, bunun qaynağı başqasının puludur. Yəni, görünən “yalançı bahar”dır. ABŞ-dakı durum buna bənzəyir.

Çin, Yaponiya və ərəb ölkələrinin neft dollarları bu ölkəyə axır. ABŞ-ın bank sektorunda toplanır, saxlanır. Alacaqlı olan Çin, Yaponiya və ərəb ölkələridirAncaq ABŞ artan borcundan narahat olsa da, əli güclüdür. Səbəbi sadə və aydındır. Birincisi, ABŞ dolların dəyəri ilə oynaya bilir. Məsələn, deyək ki, Çin 100 avroluq sərmayə qoyub. ABŞ dolların dəyərini düşürdüyü anda, alacaqlı olanlar gərək verdiklərindən çox azını almağa razı olsunlar. Heç kim də buna yanaşmır.

İkincisi, ABŞ Çin, Yaponiya və ərəb ölkələrindən gələn pullarla dünyadakı digər ölkələrə borc verməklə oyunun ikinci halqasını inşa etməkdədir. Həm içərini, yəni, evini ayaqda tutmaqda, həm də bütün məhəlləyə nəzarət etməkdədir. Oyunun mahiyyəti budur.

Elə bu səbəblə, ABŞ-da “Wall Street”-lə “Main Street” arasındakı mövcud münaqişə yeni dünyaya son şəkilini verəcək. Ağ Evdə ağırlıq Wall Street”-in yanındadır, ya da görüntü belədir. ABŞ Prezidenti Donald Tramp Wall Street”-i xilas etmək üçün daima faizləri aşağı səviyyədə saxlayıb. “Dərin Amerika”nın təzyiqinə rəğmən, 2017-ci ildə çıxarılan vergi kəsintisi qanunu böyük şirkətləri, daha doğrusu, maliyyə şirkətlərini xilas etdi. Bu qanuna əsasən, nəhəng maliyyə şirkətləri 35% yerinə, 21% vergi ödəməyə başladı. Həmin dövrdə qanun layihəsinə qarşı çıxanlar da çox idi. Onlardan biri də Çarlz Şumer idi. Şumer deyirdi: “Bu qanun Prezidentin də, kabinetinin də çox işinə yarayacaq. Ona dəstək verənlərin də böyük bir qismi bu qanundan yararlanacaq. Bəli, Prezident 1%-lik ən zəngin qrupa daxildir. Bu qanun da həmin 1%-lik qrupun xeyrinə hazırlandı. Yəni, Prezident problemin tərəfi və parçasıdır…”

Wall Street-lə “Main Street” arasındakı münaqişənin özü ilə birlikdə koronavirus pandemiyası kimi, böyük bir xaosu gətirməsi gözlənilirdi. Çox adam bilməsə də, bu ehtimal artmışdı. Vaşinqtondakı iki tərəfi də yaxşı tanıyan güclü şəxslər “Böyük bir iqtisadi böhran olacaq. Ancaq bəhanəsinin nə olacağı məlum deyil” deyirdilər.

Çin mərkəzli virus pandemiyası dünyanın hərəkət sürətini yavaşlatdı, iqtisadiyyatı, demək olar ki, durdurdu. Wall Street”-i müdafiə edən, hər çətin durumda “Dərin dövlət”ə qarşı dirəniş göstərən Tramp 24 martda, saat 06.00-da çox önəmli şəxslərlə toplantı keçirdi. Trilyonlarla dolları idarə edən fond menecerləri və çox özəl sahibkarlarla 6 saatlıq toplantı keçirən Tramp “Dərin Amerika”nı qəzəbləndirdi. Bu toplantıda Blackstone Group Inc.”, “Blackrock”, “Citadel” və “Tudor Investment kimi çox önəmli qurumlardan olan 9 adam bir araya gəlmişdi. Orada nə danışıldığı tam olaraq məlum deyil. Bu, böyük sirr idi.

Tramp toplantıda ABŞ-ın xarici borcunun nə qədər olduğunu və gələcəklə bağlı təxminləri soruşdu. Bunu hardan anlayırıq? Blackstone Group Inc.-ə yaxın qaynaqlardan.

Blackstone Group Inc.-in prezidenti Stiven A. Şvartsman Trampa “2025-ci ildə 30 trilyon, 2030-cu ildə 44 trilyon dollar borcu olan bir ABŞ-da yaşamış olacağıq. Sistem çökdü, davam etdirilməsi imkansız olan bir yola girildi. Bu, Corc W. Buş dövründə başlayan xətalar zəncirinin nəticəsi oldu. 11 Sentyabr hücumları ABŞ-ın ən böyük strateji xətasını bizə göstərdi. Əfqanıstan və İraqın işğal edilməsi ABŞ-ın federal borcunun artması üçün idi. Bunu kimsə anlamadı. Sadəcə ssenarini yazanlar bilirdi” dedi.

Stiven A. Şvartsman Yel Universitetində oxuyarkən Corc W. Buşla otaq yoldaşı olmuşdu. O, əslində, ABŞ-a qarşı qurulan tələni anlatdı. Şvartsman açıq şəkildə söyləməsə də, ABŞ-ın daha da borclanması üçün Blackstone Group İnc.-i qurdu. Stiven çox önəmli və güclü bir sahibkardır. Tramp bu açıqlamalardan sonra real vəziyyəti anladı. Əlində olsaydı, Wall Street-i yox edəcəkdi. Gəldiyi nöqtə burası idi. Bəlkə, Main Street-i də…

Tramp bacara bilmədi. Ancaq 2024-cü ilədək prezidentlik edəcək olarsa, Tramp indikindən çox fərqli biri ola bilər. Çünki o, kimsə fərqində olmasa da, artıq MKİ içində də, MKA içində də öz kəşfiyyat şəbəkəsini qurub. Avropadakı səfirliklərdə yaşanan kəşfiyyat oyunlarından anında xəbər tutur. Məsələn, Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı çirkli işlərini ilk öyrənən amerikalı, bəlkə də, Tramp olmuşdur. Bunu heç bir ABŞ prezidenti bacara bilməmişdi. Bəs Tramp bunu necə edir? Bilən yoxdur.

Tramp da, Bayden də Wall Street-in böyüməsi üçün çalışırdı. Bu gün ikisi qarşı-qarşıya gəlib. İkisi də özlərinin bağlı olduqları cərəyanın planladığı bir “Wall Street” istəyir“Dərin Amerika” isə “Wall Street”-i yıxmaq yerinə, öz tərəfinə çəkmək istəyir. Yəni, hədəf Wall Street-dir.

Gedən böyük savaş daha da dağıdıcı olmağa başlayıb. Bu savaş hər bir ölkəyə təsir edəcək. Dünya yeni donunu geyinərkən, əlbəttə, sıxıntılar olacaqdır. Çünki bu don əhalisi 8 milyarda yaxınlaşan dünyaya kiçik gəlir. Yəni, virus boş yerə hazırlanmayıb. Bugünkü olmasa da, başqa bir virus gələcəkdə çox böyük itkilərə səbəb olacaq. Bu hədd aşılıb. Dünyanın müxtəlif yerlərində keçirilən çox önəmli toplantılarda, kəşfiyyat qurumlarının hesabatlarında əhalinin planlaşdırılmasından bəhs edilir. Özlüyündə bu belə, artıq virusla birlikdə yaşayacağımızın dəlilidir.

Ortaqlıqlar da pozulu. İllərdir dünyaya yön verən güclərin ortaqlığı bitərkən, anlaşma da olmayıb. Güclü və ağıllı olanın qalib gələcəyi dövrə girdik. Təəssüf ki, qorxuducu olan da elə budur. Ancaq səhnədə iki böyük oyunçu, pulu əlində tutanlar və istehsalla idarə etmək istəyənlər var. Günlərdir yazdığım kimi, Wall Street və Main Street

Çinin hədəfə alınmasına pulu əlində tutanlara hücum kimi baxın. Doğrusu, kəşfiyyat hesabatlarında da Çin israrla hədəfə qoyulur. Alman kəşfiyyatı BND-dən sonra MKİ də hesabatını açıqlayıb: günahkar Çindir! Savaşın hədəfi budurABŞ borcunu silmək, üstəlik, pul almaq üçün addımlarını sıxlaşdırır. Baxaq, görək, nə olacaq…

Qeyd: ABŞ-ın öz borcunu silməsi və alacaqlı olması halında, reallıqda zərərə düşən amerikan şirkətləri görünsə də, əslində, Blackstone Group Inc.”, “Blackrock”, “Citadel” və “Tudor Investment kimi ingilislərə aid şirkətlər olacaqdır. Və bir də, təbii ki, Çin olacaqdır. Tüdorlar, məlum olduğu kimi, ingilis xanədanıdır, İngiltərəni 118 il idarə edən ailədir.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.