"BAKI TİKİŞ EVİ"nin 64 İŞÇİSİ KORONAVİRUSA NECƏ YOLUXUB? - Səbəbi məlum oldu

16-05-2020, 14:11   



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının "Bakı Tikiş Evi"(BTE)ndə 64 nəfərin koronavirusa yoluxduğunu bildirməsi ciddi müzakirələrə yol açıb. Çünki bu, Azərbaycanda koronavirusun bir kollektivdə ən kütləvi yayılma hallarından biri kimi qiymətləndirilir.

“AzPolitika.info” xəbər verir ki, virusun BTE-də yayılımasının hansı şəraitdə baş verdiyi məlum olub. Belə ki, BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov Azvision.az -a açıqlamasında koronavirusun yayılmasının müəssisədə çalışan bir xanımın həkim işləyən qızından qaynaqlandığını söyləyib: “Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.

Müəssisənin təmsilçisi əlavə edib ki, müəssisənin fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.

Tahir

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.