Lənkəranda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan, risk altında çalışan tibb işçiləri onlara düşən əlavə ödənişi tələb ediblər. Reportyor.info xəbər verir ki, Lənkəranın baş həkiminin müavini Taleh həkim şikayətə gələn tibb bacılarını aşağılayaraq “rədd olun” deməklə onları qovub. Bu barədə mediada və sosial şəbəkələrdə video görüntülər yayılıb. Koronavirusla mübarizədə işləyən tibb işçiləri onlara 3 aya görə cəmi 190 manat əlavə verilməsinə etiraz ediblər. Bu kadrlar yayıldıqdan sonra tibb işçilərini təhqir edən baş həkim müavini Taleh doktora şiddətli töhmət verildiyi bildirilir.
Reportyor.info