ABŞ-ın biofarmasiya firması insan bədənini koronavirusdan qoruyan və virusu 4 gün ərzində bədəndən atan bir antikor kəşf etdiyini açıqlayıb.
Məsələ ilə bağlı açıqlama verən firma direktoru Henri Ci virusun müalicəsinin olduğunu və firmalarının yüz faizlik həll yolunu təklif etdiklərini vurğulayıb: “STI-1499 adlı antikor COVİD-19-a yoluxmanın qarşısını tamamilə alır. Koronavirusdur vaksini ortaya çıxmadan aylar əvvəl bu antikor müalicəsi mümkün olacaq. Bu, virusa yoluxmamaq üçün ən yaxşı həll yoludur”.
Qeyd edək ki, antikorun istifadəsinə ABŞ Qida və Dərman İdarəsi tərəfindən icazə verilərsə, ilk olaraq koronavirus daşıyıcıları və işləyən insanlara tətbiq olunacaq. Lakin bəzi mütəxəssislər bu məsələyə şübhə ilə yanaşaraq vətəndaşlara xəbərdarlıq ediblər: “Qısa müddətdə 100 faizlik həll tapmaq mümkün deyil. Bu məsələdə ehtiyatlı olun”. /Yenisabah.az/