Almaniya Bundesliqası: oyunlar bərpa olundu

16-05-2020, 19:56   
Signal İduna Park stadionuFotonun müəllifiAFP/GETTY IMAGES
Image captionDortmund Borussia ilə Schalke qarşıdurması Signal İduna Park stadionunda keçəcək (Şəkil: Arxiv)

Almaniya futbolunun ən üst divizionu - Bundesliqa koronavirus pandemiyasına görə yaranmış iki aylıq fasilədən sonra oyunları bərpa edib. Matçlar bağlı qapılar arxasında keçir.

Şənbə gününə altı oyun keçirilir. Meydançaya ilk çıxanlar arasında çempionatın liderlərindən biri - Dortmund Borussia komandası Schalke klubu ilə qarşılaşıb.

Bazar günü isə Almaniya paytaxtında Bayern Munich və Union Berlin klubları görüşməlidir. Hazırda Bayern çempionatın lideridır: Münxen klubu 25 oyunda 55 xal toplayıb. Onun ardınca Dortmund Borussia gəlir.


Bundesliqanın oyunları martın 13-də təxirə salınıb.

Sərt sağlamlıq tələblərinə əsasən, stadionda və ya onun ətrafında oyunçu, işçi və rəsmilər də daxil, təxminən 300 nəfərin olduğu bildirilir.

Oyunçular Covid-19 üçün testlərdən keçirilib və meydançadan kənarda sosial məsafəni gözləməlidirlər.

Bundesliqa klubları aprel ayının ortalarında məşqlərə başlayıb. Onların hamısının oyundan əvvəl karantində olduğu bildirilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.