Kremldə hakimiyyət dəyişikliyi, Azərbaycan hansı ölkələrlə birgə “üçlər” müharibəsinə başlayır?-rusiyalı şərqşünasdan şok iddialar

18-05-2020, 08:36   


Mixail Maqid Kremlin iştirakçısı olduğu keçmiş SSRİ məkanındakı hərbi münaqişələrlə bağlı ilginc fikirlər söyləyib

Koronavirus bitdikdən sonra dəyişən dünyada hərbi konfliktlərin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı da ilginc proqnozlar var. Rusiyalı şərqşünas Mixail Maqid Kremlin iştirakçısı olduğu keçmiş SSRİ məkanındakı hərbi münaqişələrlə bağlı maraqlı fikirlər söyləyib.

 

Musavat. com xəbər verir ki, şərqşünas öncə deyib ki, Vladimir Putinin rəhbərlik etdiyi mövcud Rusiya hakimiyyəti davam edərsə, o zaman münaqişələrin həllində heç nə dəyişməyəcək. Amma indi müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq. “Artan iqtisadi böhran şəraitində Rusiyanın Liviya, Suriya və Ukraynadakı müharibələrə xərcləməyə pulu yoxdur. Bundan əlavə, bu müharibələr Rusiya əhalisi arasında narazılıqla qarşılanır. “Levada” Sorğu Mərkəzinin araşdırmasına görə, 2019-cu ildə rusların 55 faizi Rusiyanın Suriyadakı hərbi əməliyyatını dayandırmalı olduğunu deyirdi. Rusların 41 faizi hesab edirdi ki, Donbasdakı qarşıdurmada Rusiya müstəqilliyini elan etmiş “Donetsk və Luqansk respublikalarına”(dırnaq işarəsi bizimdir-Musavat.com) dəstək verməlidir. 37 faiz inanırdı ki, Rusiya heç kimə dəstək verməməlidir. Respondentlərin 6 faizi isə Rusiyanın münaqişədə Ukrayna və Kiyev hökumətini dəstəkləməli olduğuna inanırdı. Hakimiyyət üçün ürək açan olmayan bu tendensiyanın pandemiyadan sonra davam etməsi ehtimalı var. İnanıram ki, hazırkı Kreml rəhbərliyinin getməsindən sonra Rusiya hər üç hərbi münaqişədə iştirakını dayandıracaq. Bunun bir çox səbəbi var: bu müharibələr xalq arasında populyar deyil. Xüsusən, daxili iqtisadi böhran şəraitində bu münaqişələrdə iştiraka davam etməyə pul yoxdur. Nəhayət, Rusiyadakı iqtisadi vəziyyəti yüngülləşdirmək üçün Qərbin sanksiyalarının yumşaldılması üçün bunlar lazımdır”.

“Bəs, Rusiya rəhbərliyinin müzakirə belə etmək istəmədiyi Krımın taleyi necə ola bilər” sualına cavaba diqqət edək. “Rusiya əhalisinə görə heç kim Krımı heç kimə verməz. Qərb Baltikyanı ölkələrə nəzarəti tam əldə etdikdən sonra Krımla bağlı reallığı bu və ya digər formada qəbul edəcəklər” deyə, o bildirib.

“Moskvanın birtərəfliliyini qoruduğu digər münaqişələr, məsələn, Ermənistan-Azərbaycan münaqişəsində nə olacaq” sualına isə şərqşünasın ilginc cavabı var. “Düşünürəm ki, belə bir şəraitdə Rusiya Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 rayonu geri qaytarmaq cəhdlərinə qarışmayacaq. Hər iki ölkənin müdafiə kompleksləri inkişaf etsə də, vəziyyət daha zəngin Azərbaycanın xeyrinə dəyişir. Vaxt Azərbaycana işləyir və Bakı “indi və ya heç vaxt” prinsipi ilə müvafiq cəhd edə bilər. Eyni şərt Gürcüstanın Cənubi Osetiya və Abxaziya arasında münaqişə vəziyyətində də mümkündür. Və nəhayət, üç ölkənin-razılaşdırılmış "Davamlı müharibə" və ya "Üç müharibə" cəhdi mümkündür: Ukrayna, Azərbaycan, Gürcüstan müxtəlif vaxtlarda Rusiyanın dəstəyi ilə yaradılan bütün tanınmamış respublikalara qarşı bir cəbhədə birləşir: LDNR-dən Dağlıq Qarabağa qədər...”

 

Şərqşünas hesab edir ki, mövcud pandemiya böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rejimi tab gətirə bilsə, yaranmış vəziyyətdə Türkiyə Cənubi Qafqazda ciddi şəkildə hakim gücə çevrilə bilər.

 

Musavat. com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.