İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun Azərbaycan ordusunun nəzarətinə keçməsindən və Günnüt zəfərindən 2 il ötürBu gün keçirilən taktiki təlimlər göstərir ki, Azərbaycanın ən müasir silahı və həmin silahları idarə edən güclü kadr potensialı var. İnanıram ki, bu cür əməliyyatlar bizim işğal olunmuş ərazilərimizdə keçiriləcək. Heç bir güc, qüvvə isə Azərbaycanın ordusunun qarşısına ala bilməyəcək.
Bu sözləri Mediaxeberleri.Az-a portalın direktoru Ələddin Kəsəmənli bildirib.
Artıq Günnüt zəfərindən 2 il keçir. Ötən 2 il ərzində Günnüt əməliyyatı ən çox Ermənistan hakimiyyətini narahat edir. Ermənistandakı Paşinyan hakimiyyətinin narahatlığı əbəs yerə deyil .Günnüt əməliyyatı digər əməliyyatlarla müqayisədə sakit keçdi və demək olar ki, Azərbaycan ordusu minumum itki verdi. Ən mühüm strateji əhməmiyyətli yüksəkliklər ələ keçirildi. Bununla da Azərbaycan ordusu Naxçıvan istiqamətində Ermənistanın ərazilərini,strateji əhəmiyyətli yollarını tam şəkildə nəzarət altına aldı. Bu əməliyyat Lələtəpə əməliyyatından sonra Ermənistanın ordusu haqqında yaratdığı mifi darmadağın etdi. Məhz Naxçıvanda keçirilən Günnüt əməliyyatından sonra Ermənistan ordusunda istefalar və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna baxılmasını tələb edir. Bu proseslərdən sonra Ermənistan hakimiyyətində çaxnaşmalar yarandı. Bütün bunlar göstərdi ki, Ermənistanın ordusu həddən artıq zəifdir. Onların arxayın olduğu havadarlar belə anlarda yanlarında olmur. Günnüt əməliyyatı bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən an öz torpaqlarını azad etmək gücünə malikdir. Günnüt əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsi oldu. Bu Ermənistan üçün böyük zərbə oldu.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik bir ordudur. Bu orduda əsas məsələ əsgərlər Azərbaycan vətəndaşları ilə, öz komandirləri ilə və eyni zamanda Ali baş komandanla daim eyni nöqtəyə vura biləcək bir amalla yaşayırlar. Düşünürəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gücü yetərlidir ki, Naxçıvanı blokadadan çıxarsın və eyni zamanda Ermənistan ərazisindən Azərbaycana qarşı bütün təxribat törədə biləcək yüksəklikləri darmadağın etsin.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.