Milyarderlər pandemiya zamanı 3,512 trilyon dollar qazanıb
7-06-2020, 10:36
Hələ 2020-ci ilin fevral ayında koronavirus dünyanın ən varlı şəxslərindən bəzilərinin büdcəsinə hiss olunacaq qədər müsbət təsir etmişdi.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, martın 18-dən – o zaman pandemiya elan edilib – iyunun əvvəlinədək amerikalı milyarderlər artıq 565 milyard dollar qazanıblar.
Bunu ABŞ-ın “Institute for Policy Studies” qeyri-hökumət təşkilatının məlumatları da təsdiqləyir.
Mütəxəssislərin hesablamasına görə, bu, pandemiya başlayana qədərki göstəricidən 19,15 faiz çoxdur. Amerika milyarderlərinin sərəncamındakı ümumi vəsaitin məbləği iyunun 4-də 3,512 trilyon dollar təşkil edib.
Pandemiya zamanı qabağa düşənlər ilk növbədə fəaliyyətləri birbaşa onlayn ticarət və internet xidmətləri ilə bağlı olan sahibkarlar və şirkət təsisçiləridir. Onların mallarına və xidmətlərinə tələbat pandemiya şəraitində daha da artıb.
Bu müddətdə daha çox qazanan bu şəxslərdir:
1. “Amazon”un sahibi Ceff Bezos və onun keçmiş həyat yoldaşı Makkenzi Bezos – onlar müvafiq olaraq 36,2 və 12,6 milyard dollar qazanıblar;
2. “Facebook”un rəhbəri Mark Tsukerberq - varidatını 30,1 milyard dollar artırıb;
3. “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask - 14,1 milyard dollar gəlir götürüb;
4. “Google”nin yaradcısı Sergey Brin və Larri Peyc - 3,9 və 13,7 milyard dollar əldə ediblər;
5. “Microsoft”un təsisçisi Bill Qeyts 11,8 milyard dollar qazanıb, onun keçmiş baş direktoru Stiv Balmer isə 13,3 milyard dollar irəli düşüb;
6. Nyu-Yorkun keçmiş meri və iş adamı Maykl Blumberq 12,1 milyard dollar gəlir əldə edib;
7. “Nike”nin yaradıcılarından biri Fil Nayt vəziyyətini 11,6 milyard dollar yaxşılaşdırıb.