Şirvan şəhərində maraqlı hadisələr baş verir. Hətta Şirvanşahlar dövləti dövründə sarayda belə proseslər getməzdi.
Reportyor.info-nun verdiyi xəbərə görə, Şirvan şəhər icra başçısı İlqar Abbasov müavini Azər Abdiyevi vəzifəsindən azad edib.
Bu məlumatı ilk yayan “Bizim Şirvan” səhifəsinin bildirdiyinə görə, səbəb Azər Abdiyevin yataqxanaların komendantları ilə əlbir olub vətəndaşlara 2-10 min manatdan satmasıdır. Məsələnin üstü açılıb.
Xəbərdə deyilir ki, Şirvanda yerləşən yataqxanalarda məcburi köçkünlər məskunlaşmışdılar. Məcburi köçkünlər Şirvanda yeni tikilən şəhərciyə yerləşdiriləndən sonra yataqxanalar boşaldıldı.
İcra başçısı İlqar Abbasov yataqxanada mənzillərin bölüşdürülməsini müavini Azər Abdiyevə tapşırıbmış.
Azər Abdiyev vətəndaşlara otaqlar verib, topladığı pulu icra başçısı İlqar Abbasovla və yei köməkçisi olan bacanağı Etibar Yolçuyevlə bölüblər. Bu işi üstü polis əməliyyatçısı Rəhim Məmmədovun qardaşı Həmid Məmmədovun rüşvət alarkən video çəkilməsi ilə açılıb. Həmid Məmmədov “köhnə bazar”ın yanında yerləşən Şirvanın yataqxanasının kamendantı olub.
Yataqxanadan hansısa vətəndaşa mənzil satarkən pul alanda video çəkilib və həmin çəkiliş Prezident Administrasiyasına göndərilib.
Bundan xəbər tutan icra başçısı İlqar Abbasov Həmid Məmmədovu komendant vəzifəsindən uzaqlaşdırıb. Amma iş prokurorluğa verilməyib. İcra başçısı niyə məsələni ört-basdır etmək istəyib.
Reportyor.info “Bizim Şirvan” səhifəsinə istinadla xəbər verir ki, çünki Həmid Məmmədov pulu İlqar Abbasov üçün yığırmış.
Həmid Məmmədovun Şirvanın prokuroru Natiq Abdullayevin kürəkəni olduğu deyilir. Ona görə də nə Rəhimin, nə də Həmidin barəsində ölçü götürülür. Azər Abdiyevin işdən çıxarılmasına səbəb isə yataqxanadan pul verib mənzil almaq istəyənlərin pullarını geri qaytarmaması olub.
Onlara heç mənzillər də verilməyib. Ona görə də əhalinin İlqar Abbasovun 3 gün öncə üstünə gəlib pullarını tələb etmələri Azər Abdiyevin mənzil satışını düzgün qurmadığı üçün vəzifəsini itirməklə nəticələnib.
Əgər icra başçısı dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrini düzgün yerinə yetirirsə, yataqxanalarda mənzillərin satılmasından xəbəri olmayıbsa, o halda Azər Abdiyevi, Həmid Məmmədovu prokurorluğa verin.
Reportyor.info sosial şəbəkədə yayılan digər bir əbərə də diqqət çəkir. “Bizim Şirvan” yazıb ki, başçı müavini və bacanağı Yolçiyevlə bağlı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət olunub.
Buna səbəb Yolçuyevin Suraxanı rayonu İcra Hakimiyyətində işləyən zaman vətəndaşlara qanuni çıxarışı olan torpaq sahəsində ev tikməyə imkan verməməsi olub.
Yolçiyev yüzlərlə vətəndaşa tikinti icazəsi vermək üçün Suraxanı Rayon İcra Hakimiyyətinin bank hesabını verərək, onlardan 2000 manat köçürmələrini tələb edib.
Yolçiyev daha sonra icra hakimiyyətinin hesabında olan pul vəsaitini “Abadlıq işləri” adı altında nağdlaşdıraraq mənimsəyib. Bu qəbildən 78 şikayət (daxil olub.
Yolçiyevin adı həmişə ev tikintisi, torpaq satışı zamanı qanunuz rüsumlar tələb etməkdə hallanıb. Bu ittihamlarla bağlı Şirvan İH-nin açıqlamasını gözləyirik.