Qazaxlı iş adamından Mübariz Qurbanlıya komitə sədri kimi ilk müraciət

22-07-2014, 17:04   
Qazaxlı iş adamından Mübariz Qurbanlıya komitə sədri kimi ilk müraciətQazaxlı iş adamı Elşad Məmmədov özünün facebook səhifəsində yeni təyin olunmuş Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya müraciət ünvanlayıb. Məlumat üçün bildirək ki, Qazaxlı iş adamı Elşad Məmmədov iki mənzil üçün Hacı İbrahim Nehrəmliyə məxsus “AVESTA” Konserninə daxil olan “HƏSƏN-96″ MTK-ya ödədiyi 355 min manatı ala bilmir. Müraciəti olduğu kimi təqdim edirik.

Hörmətli Mübariz müəllim! Sizə müraciətim ondan ibarətdir ki, adını hacı, ilin iş adamı qoyan və mənim kimi adamları aldadan Nehrəmli İbrahim barəsində tədbir görəsiniz. Axı Hacı ünvanı daşıyan şəxs yetim haqqı yeməz, yalan danışmaz, kimisə şərləməz. Bu adam yalancıdır, başdan ayaqa şərdir. Bu bir fakdır.

Cünki məni dəfələrlə şərləyib. Guya mən ona iş görməliyəm, amma qacmışam Gürcüstana. Guya məni “bondotdel” tutub gətirib Gürcüstandan, günahımı boynuma almışam. Gah deyir ki, işcilərimin səhlənkarlığından istifadə edib onu aldatmışam. Sizdən xahiş edirəm haqqımın bərpasında mənə, ailəmə və 3 körpə övladıma yardımçı olasınız.Axı biz müsəlman ölkəsində yaşayırıq.

Mən şəxşən bu məsələləri 2014 il avqust ayının 3 də saat 12.00 da Prezident Administrasiyasının qarşısında aksiya kecirərək yenidən gündəmə gətirəcəm. Aksiyanı 3 körpə övladım, qacqın və şəhid ailələrindən ibarət qohumlarımla birlikdə keçirəcəm.

Əlimdə bütün sənədlər var – maliyyə arayışı, ödənilən pulların qəbzi. Məsələylə bağlı məhkəməyə müraciət etmişəm. Hakimlər Hacı İbrahimin sifarişiylə hərəkət edərək iddiamı təmin etmədilər. Bundan başqa bütün aidiyyəti qurumlara müraciət etmişəm, bunun da heç bir faydası olmadı. Baş prokuror Zakir Qaralova rayona gəlib vətəndaşlarla görüşəndə qəbulunda oldum, problemimi dilə gətirdim, dedilər ki, maraqlanacağıq. Nədənsə hamı Hacı İbrahim Nehrəmlidən çəkinir. Bütün pulumu o iki evə verdim, o da əlimdən çıxdı. İndi qalmağa yerim yoxdur. Ona görə də avqustun 3-də Prezident Administrasiyasının önünə gedib övladlarımla binanın qarşısında gecələyəcəm”.

Mənim həyatım təhlükə qarşısındadır. Birdaha DİN naziri Ramil Usubova müraciət edirəm mənim və ailəmin , 3 övladımın təhlükəsizliyinə zamanət versinlər.Çünki məni dəfələrlə Nehrəmli İbrahimin mühafizəcisi acıq nörədən 070 260 04 07 ölümlə və bonodellə tutdurmaqla hədələyib. Mənim evimdən ya maşınımdan silah və narkotik cıxsa ən pis halda ölsəm bunu milyarder ibrahimdən bilin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.