“Məni Los-Ancelesdə millətçi daşnakların atdığı böhtanın ucbatından həbs edən zaman birinci olaraq Amerika hökumətinə etiraz məktubu yazan 10 nəfər şəxs mənim azərbaycanlı dostlarım, yazarlar, bəstəkarlar, filosoflar, professorlar idi”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə mühacirətdə yaşayan erməni yazarı Vahe Avetiyan çıxış edib.
O, azərbaycanlılarla bağlı yazdığı etirafları rus və ukraynalılara həsr etdiyini bildirib:
“Bu qeydi xüsusi olaraq rus və ukraynalı qardaş, bacılar üçün edirəm. Mən 90-cı illərdə müharibəyə yollananda azərbaycanlılara hər kəsdən çox nifrət edirdim. Mənim fikrimlə razılaşmayan ermənilərə isə hər kəsdən çox nifrət bəsləyirdim. Mən praktiki olaraq cəmi iki-üç azərbaycanlıdan artığının üzünü belə görmədən onlara nifrət edirdim. Öz ölkəmə xidmətlərimə görə məni ölkəmdən birinci dəfə 1992-ci ildə, ikinci dəfə isə 2005-ci ildə qovdular. Keçən ilə qədər öz vətənimə dönə bilmədim. Xaricdə birinci dəfə azərbaycanlılarla tanış oldum, sevdim, dostlaşdım. Məni Los-Ancelesdə millətçi daşnakların atdığı böhtanın ucbatından həbs edən zaman birinci olaraq Amerika hökumətinə etiraz məktubu yazan 10 nəfər şəxs mənim azərbaycanlı dostlarım, yazarlar, bəstəkarlar, filosoflar, professorlar idi. İndi mənim yüzlərlə şərəfli, təmiz insanlar olan azərbaycanlı dostum və minlərlə oxucum var. Əziz rus və ukraynalılar siz artıq daha müdriksiniz. Siz erməni və azərbaycanlıların yerində deyilsiniz”.