Bayramda bazar od tutub yanır

29-07-2014, 12:32   
Bayramda bazar od tutub yanırBir ay boyunca tutulan orucdan sonra hamı gözəl bayram süfrəsilə Ramazanı qeyd etmək istəyir.

ANAXEBER,AZ-ın ans-ə istinadən məlumatına görə, istəklərlə maddi imkanların uyğun gəlib-gəlmədiyini bilmək üçün paytaxt bazarlarına üz tutduq. Bakının müxtəlif bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, mövsümü meyvələrdə qiymət artımı hiss olunur.

Alıcının sözlərinə görə, bazar od-tutub yanır: "Göyəm 1 AZN, şaftalı 1 AZN 50 qəpiyə bahadır. Bahalıqdır bazara girmək olmur”.

Üzüm, alma və armudun bir kiloqramının qiyməti 1 AZN-dən başlayır. Hazırda ən çox tələbat hiss olunan şaftalıda da bahadır.

Bayram süfrəsinin bəzəyi olan plov bişirmək istəyənlər müəyyən mənada artıq pul xərcləməli olacaq. Kişmişin kilosunu 4-10 AZN, "qaysı"nı isə 4-6 AZN-ə almaq olar. Şabalıdın qiyməti isə 8-10 AZN arasında dəyişir. Ramazan ayının gəlişilə xurmaya tələbat artıb. Xurmanın növləri və qiymətləri, gətirildikləri ölkələr kimi müxtəlifdir. 2 AZN-dən 17 AZN-ə kimi. Hətta bir kiloqramı 20 AZN-ə də xurma tapmaq mümkündür.

Dəyişməz qalan isə ətin qiymətidir. Belə ki, mal əti 5-6 AZN arasında dəyişirsə, qoyun ətinin qiyməti 7 AZN-dən başlayır. Bununla yanaşı kartof, soğan, badımcan və lobyanın qiyməti sabit qalıb. Ramazandan əvvəl 1 AZN 50 qəpiyə satılan pomidor, hazırda 50 qəpiklə 1 AZN arasındadır. Xiyarın isə hətta 3 kiloqramını 1 AZN-ə almaq olar.

Süni qiymət artımının qarşısının alınması işini isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzarətdə saxlayır. Nazirlik isə bəyan edir ki, qiymətləri süni artıranlar cəzalandırılacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.