Bu məlumat anaxeber.info-a etibarlı mənbədən daxil olub. Həbsin təfərrüatları ilə bağlı əlavə məlumat verməyə çalışacağıq. Xatırladaq ki, bir müddət əvvəl "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov həbs edilib. Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olmuş Rauf Mirqədirov Ermənistana casusluq etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirovun həbsindən sonra eyni aqibətin Leyla Yunusu da gözlədiyi proqnozlaşdırılırdı.