Azərbaycan ordusunun Əsgəran istiqamətində həmləsi

3-08-2014, 11:09   
Azərbaycan ordusunun Əsgəran istiqamətində həmləsiCəbhənin Ağdam-Tərtər istiqamətində bu gecə də şiddətli döyüşlərin yaşandığı barədə məlumatlar gəlir.
Virtualaz.org saytı xəbər verir ki, qondarma “Dağlıq Qarabağ müdafiə naziliyi” avqustun 2-dən 3-nə keçən axşam saat 23 radələrində Azərbaycan silahlı qüvvələrinin Əsgəran istiqamətində növbəti “kəşfiyyat-diversiya həmləsi” etdiyini bildirir.
İşğalçı qüvvələrin qərargahından bildirildiyinə görə, erməni ordusu hücuma “mütəşəkkil müqavimət göstərib”, hücum edənlər döyüş meydanında bir cəsəd qoyaraq geri çəkiliblər. Digər təfərrüatlar barədə məlumat verilmir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik Ağdam istiqamətində gecə döyüşləri barədə məlumat yaymayıb. Ordumuz son günlər bu istiqamətdə gedən döyüşlərdə ağır itkilər verib, erməni tərəfi itkilərindən cəmi 3-nü təsdiq edir.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.