Oğurlanmış azərbaycanlı biznesmenlər tapıldı

4-08-2014, 16:36   
Oğurlanmış azərbaycanlı biznesmenlər tapıldıUkraynanın Luqansk vilayətinin Krasnodon şəhərində itkin düşən Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov tapılıblar.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim UğurluyevAPA-ya açıqlamasında bildirib ki, azərbaycanlı iş adamlarının itkin düşdükləri ərazi Ukrayna ordusu tərəfindən separatçılardan azad olunduqdan sonra onlar tapılıblar və hazırda Xarkov şəhərindədirlər.

R. Uğurluyev qeyd edib ki, İ. Ədilovun üzərindəki şəxsi silahının sənədləri olmadığından hələ ki onlar Ukrayna hüquq-mühafizə orqanlarının nəzarətindədirlər: “Güman edirik ki, tezliklə bu problem həll olunacaq və onlar sərbəst buraxılacaqlar”.

Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib və həmin ərazi separatçılar tərəfindən bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev əslən Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.