Erməni hərbi birləşmələri Gəncə şəhərini yenidən raket atəşinə məruz qoyub. APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında şəhər ərazisinə azı iki mərmi atılıb. Atılan raket zərbələri bir sıra binalara, sosial obyektlərə və avtomobillərə ziyan vurub. Sakinlər arasında ölüm və ya xəsarət halı qeydə alınmayıb.