“Ukrayna müharibəsi Rusiyanın dağılması ilə bitəcək"

6-08-2014, 23:40   
“Ukraynadakı müharibə Rusiyanın dağılması ilə bitəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı deputat Aleksey Danilov çıxış edib.
O, Ukrayna ilə Rusiya arasında müharibə proqnozunu 7 il öncə verdiyini bildirib:
“Mən hələ 2007-ci ildə Ukrayna ilə Rusiya arasında müharibə olacağını demişdim, yəni 7 il bundan öncə. Bəs bu niyə qaçılmaz idi? Vilayət administrasiyasının sədri vəzifəsində işləyərkən belə bir situasiyanın qaçılmaz olduğunu anladım. Bizim əvvəl “Kontrabandaya stop” adlı proqramımız var idi. Prezident Viktor Yuşşenko tərəfindən güclü təbliğat kampaniyası gedirdi. Bizə isə iddia edilən effektiv tədbirlər barəsində çox danışırdılar. Lakin sonra mən detallı olaraq sərhəddəki vəziyyətlə maraqlananda effektiv tədbirlərin olmadığını anladım. Məndə bu məsələlər üzrə arxiv sənədlər mövcuddur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.