Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkiləri - Foto

17-11-2020, 11:05   




“Frans press” agentliyi Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı reportaj hazırlayıb.
Axar.az xəbər verir ki, məqalədə diqqət çəkən məqam dəbilqələrlə bağlı görüntüdür.
Kadrda bir kənara yığılmış erməni hərbçilərinə məxsus yüzlərlə dəbilqə əks olunub. Bu, düşmən tərəfin nə qədər itki verdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf edib.
Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni Mikayel Minasyan isə bu rəqəmin ən azı iki dəfə çox olduğunu - Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin hökumət başçısına 4750 əsgər itkisi barədə məruzə etdiyini deyib.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.