Türkiyədə casusluqda şübhəli bilinən azərbaycanlı jurnalist həbs edilib

6-12-2020, 10:28   

Casusluqda şübhəli bilinən Rusiya jurnalistləri ilə birlikdə Aytac Carçıyeva da olub
Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları casusluq şübhəsi ilə saxlanılarkən, onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da olub.
Bu barədə NTV telekanalında məlumat verilib.
Aytac Carçıyeva Rusiya telekanalının əməkdaşıdır. Qeyd olunur ki, onun taleyindən xəbər yoxdur. Saxlanılandan sonra evində axtarış aparılıb və komputeri götürülüb.
NTV əməkdaşları - müxbir Aleksey Petruşko və operator İvan Malışkin həbs edildikləri barədə redaksiyaya xəbər verə biliblər. 
Jurnalistlər İstanbulda PUA-ların hazırlandığı müəssisə yaxınlığında çəkiliş apardıqları üçün casusluqda şübhəli bilinərək saxlanılıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.