Ekvadorda Tunquraua vulkanı püskürüb.
ANS PRESS-in məlumatına görə, ölkənin Geofizika İnstitutu dünən gün ərzində vulkanın zirvəsində lava və kül buludu müşahidə olunduğunu bildirib.
Kül buludunun hündürlüyü 3 kilometrə çatıb.
Rəsmilər təbii fəlakətlə əlaqədar “narıncı xəbərdarlıq” elan ediblər. Bu isə, vulkana yaxın olan kəndlərin könüllü şəkildə boşaldılması deməkdir.
Tunquraua 1999-cu ildən fəaldır.