Rusiya kəşfiyyatçısının Azərbaycana girişinə qadağa qoyulub.
Publika.az-ın məlumatına görə, Rusiya Baş kəşfiyyat idarəsinin mayor rütbəli əməkdaşı olduğu deyilən Mübariz Mursalov iyul ayının 29-dan 30-a keçən gecə Rusiyadan Azərbaycana keçmək istəyib.
Lakin o, Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və geri qaytarılıb. Mənbə saxlanılan şəxslə sərhədçilərin nəzakətlə davrandığını, Azərbaycana girişinə qadağa qoyulduğu xəbərdarlığı edildikdən sonra geri qaytarıldığını bildirib.
Məlumata görə, M. Mursalov Rusiya Baş kəşfiyyat idarəsinin kapitanı olub, daha çox hərbi jurnalist kimi fəaliyyət göstərib. Bu yaxınlarda mayor rütbəsi aldığı deyilir. O, iki ay öncə özünü Dağıstanın Azərbaycandakı nümayəndəliyinin qeyri-rəsmi rəhbəri olaraq təqdim edirdi. Dağıstanda Azərbaycan əsilli Qurbanovlar ailəsinə qarşı əsas kampaniya aparanlardan biri olaraq göstərilir.