Bu gün səhər saatlarında AXCP sədrinin köməkçisi Faiq Əmirli yaşadığı mənzilin yaxınlığında polis tərəfindən saxlanılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Əmirlinin həyat yoldaşı Lalə Əəmirli məlumat verib.
O bildirib ki, dekabrın 14-də sərt karantin rejiminin tətbiq olunacağı səbəbindən Əmirli saçını kəsdirmək üçün yaşadıqları mənzilin yaxınlığında fəaliyyət göstərən bərbərə gedib. Lakin yolda partiya sədrinin köməkçisi saxlanılıb və polis bölməsinə aparılıb.
Lalə Əmirlinin dediyinə görə, Faiq Əmirlini saxlayanlar bunu onun karantin qaydalarını pozması ilə izah ediblər.