Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda Ərdoğanın düşmənlərini “dronla” vurdular - video

6-01-2021, 10:30   




125 min nəfər bloqqer Mehman Hüseynovun dronla çəkilmiş videosunu izlədi. Deputat Oqtay Əsədovun Şüvalandaki 2 tennis kortu, 1 futbol stadionu olan sarayını dron videosu ölkədə şok yaratdı. Xalqımız, şəhid ailələri, uşaq pulunu ala bilməyənlər möcüzəli sarayı görə bildilər. Dövləti Moskvada striptizlə tanıtmiş deputat, orta əsrlərin xanları kimi yaşayır. Amma maraqlısı bu deyil, maraqlısı odur ki, həmin saraylardan “Mahmudovçular” Ərdoğanın düşmənlərini əzizləyirlər. Belə ki, Parlamentimizi Moskvada biabır etmiş və nəticədə “özünü buraxmış” spikeri tanınmış bloqqer dronla “vurdu”.

Türkiyə ilə biz yüz il bundan əvvəl bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. İndi isə Ərdoğanın dəstəyi ilə Qarabağı azad etdik. Mahmudovçular isə öz saraylarını Ərdoğanın ən qati düşmənləri üçün acıblar. Məlum olur ki, Erqenekon komandirləri, anti-Ərdoğan qrupları, Ərdoğana qarşı çıxan müxalifət üzvləri Bakıya tez-tez gəlirlər.

Türkiyədə Erqenekon barədə cinayyət işi zamanı Əsədovun erqenekon komandiri Hayrettin Ertəkinlə, iş adamı Çakirla və diqər iş adamları ilə şərikliyi haqda məlumatlar təsdiqləndi. Əsədovun prokurorluqda “adı gedən” lakin özü biznes ilə məşğul olan kürəkəni Mehman Qocayev Türkiyədə bir neçə milyonluq bizneslərə idarə edir. Bu da məlum oldu ki, Əsədovun qardaşı öz şərikləri vasitəsilə Qorxmaz Hüseynova qarşı bir neçə plan həyata keçirdiblər.
İndi keçək Şüvalandaki O.Əsədovun sarayına. Mehman Hüseynovun reportajı ölkədə şok effektini yaratdı. Xalq anladı ki, Oğuz-Qəbələnin pulu hara getdi… Şüvalanda bu saraylara, striptiz-klublara, Ərdoğanın düşmənlərinə… “Milli Məclisin keçmiş sədri, hazırda deputat mandatı daşıyan Oqtay Əsədovun indiyədək xeyli mülkü ortaya çıxıb. Amma bu hamısı deyil. Onun Şüvəlanda da 2 hektardan artıq ərazidə belə bir villası var”. Bu sözləri peşakar araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazıb. O da bildirib ki, bu villanın ərazisində xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən quraşdırılmış biri açıq, digəri qapalı olan 2 tennis kortu futbol meydançası var.”

Oqtay Əsədov diqər bağında isə, Türkan qəsəbəsində dənizinin sahilində 1 hektarlıq ərazidə şəxsi çimərlik salıb. PİA.az-ın xəbərinə görə bu barədə də araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. “Düzdür, burada dəbdəbəli imarət tikdirməyib, bağ-bağat salmayıb, hətta ətrafdakı dəbdəbəli villaların yanında çox kasıbyana görünür. Hələlik burda Əsədovun sevimli itləri dincəlir” – C.Həsənli qeyd edib.

Anti-Ərdoğan sarayların axırı necə olacaq?

O.Əsədovun qardaşının həbsi haqda söhbətlər dolaşır. Ümumiyyətlə, Əsədovun Parlamentdə və Azərsuda yarıtmaz fəaliyyəti Abşeron camaatı hakimiyyət arasındakı körpüləri bu şəkildə uçurmaqla məşğuldur. Karantinə görə insanlar aqressiv, gərgindirlər, iş və maddi sıxıntılar xirtdəyə çatıb, üstəlik, belə şəraitdə milləti susuz qoyublar bir neçə dəfə. Vaxtilə əgər Əsədov özünə villalar, anti-Ərdoğan yuvalarını tikməsəydi, bunlar baş verməzdi. Sosial mediaya diqqət edin: insanlar su probleminə görə təkcə Oqtay Əsədovun “Azərsu” ASC-də yeyintisini yox, həm də hökumətin idarəçiliyində günah axtarırlar. Dövlətin idarəetmə sistemi hədəfə çıxarılır və “Azərsu” ASC karantin günlərində su məşəqqətinə görə üzrxahlıq belə etmir. Eyni zamanda, Türkiyədə Parlamentin təzə-təzə düzələn imicini “Mahmudovçular” yenə korlatmaq istəyirlər. Sahibə Qafarova buna imkan verməməlidir.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar