Sumqayıt şəhəri 2 nömrəli xəstəxanın tibb işçisi Misirova Səbinə Kamiyan qızının vurdurduğu koronavirus peyvəndi əks-təsir göstərib.Cebhe.info-ya daxil olan məlumata görə, tibbi işçisi olan xanıma işlədiyi xəstəxanadan bildiriblər ki, peyvənd olunmasa, işdən azad olunacaq.
Səbinə Misirova dəfələrlə təzyiq xəstəliyindən əziyyət çəkməsi ilə bağlı həkimlərə məlumat verib. Məcburiyyət qarşısında qalan tibb işçisi yanvarın 22-si peyvənd vurdurmaq qərarına gəlib.
Elə peyvənd vurulan günün axşamı səhhətində ağırlaşma baş verib. O, təzyiqinin yüksəlməsi diaqnozu ilə xəstəxana yerləşdirilib. Xəstə bu gün günorta saatlarında evinə buraxılıb, vəziyyəti normaldır.
Nuh Tarverdiyev
Anaxeber.info